Korrupsiya.az -ın araşdırmasına əsasən  Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsində qanunsuz olaraq yeyinti halları aşkarlanıb.

Korrupsiyanı Azərbaycanın “bəlası” adlandıran cənab Prezidentimiz İlham Əliyev deyib ki, bu problem Azərbaycandan “tamamilə silinməlidir”deməsinə baxmayaraq hələdə bəzi Dovlət qrumlarında korrupsiya hallariyla rastlaşırıq.Cənab Prezidentimizin sozlərinə gorə hər bir Azərbaycan vətəndaşı fərdi olaraq korrupsiya hallarına qarşı mübarızə aparmalıdır.

Beləki Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsində hər bir otagın oz məzənnəsi var.

Vətəndaş maşınını texniki baxış bokslarından keçirdikdən sonra 3cü otaga keçir və burada alqı satqı müqaviləsi baglayarkən vətəndaşdan qanunsuz olaraq 10 azn pul tələb olunur.Əlində Bankın verdiyi 10 manat odəniş qəbzinin olmasına baxmayaraq vətəndaşdan yenidən 10 manat tələb edirlər.Buna etiraz edən vətəndaşa isə ag vərəqi verib “ged ozun sənədi doldur gətir” deyirlər. Nəticədə isə bunu bacara bilməyən vətəndaşlar onların məcburən dedikləri 10 manatı verməli olurlar.

Mülki geyimdə otaqda oturmuş bir kişi və bir xanım bu müqavilə üçün 10 azn manat tələb edir.Lakin faktiki olaraq vətəndaş alqı-satqı müqaviləsi üçün Kapital banka odəniş etmişdir.

Hələ iş bununlada bitmir.Bir neçə prossedurları keçdikdən sonra bütün dovlət rüsumları banka odənildikdən, sənədləri təhvil verdikdən  sonra texniki pasport hazir olduqda, texpasportu verən polis serjantı  qanunsuz olaraq hər vətəndaşdan 4 azn pul tələb edir. Daha sonra texpasportu təqdim edir..

Bunlar hələ bizim gordüklərimiz və müşahidə etdiklərimizdir.

Ora daxil olmuş hər bir vətəndaş burada, adamı “soymaqlarından” narazıçılıqlarını bildirirlər.Hələ 5 ci otaqda oturmuş polis mayoru avtomobilin girovdan çıxarılması üçün vətəndaşlardan qanunsuz olaraq 10 manat tələb edir.Bundan başqa 1 ci otaqda oturmuş polis əməkdaşı bir mohuru 10 azn-ə vurur.

Prezident İlham Əliyev Korrupsiyaya qarşı çıxışında belə soyləmişdi:”İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır” .

Bizdə arzulayardıq ki Olkəmizdə gedən Korrupsiya, ozbaşınalıq aradan qalxsın, vətəndaşlarımız əziyyət çəkməsinlər.

KORRUPSIYA.AZ OLARAQ QARŞI TƏRƏFƏDƏ SOZ HAQQI TANIYARIQ.

KORRUPSİYA.AZ

Paylaş