Qanunla Azərbaycanda it əti də satıla bilər – Ekspert 

At əti istehlak etmək bizim millətimizin adətində yoxdur. Lakin ölkədə istənilən ətin satışına da qadağa qoyulmayıb. İstər it, istər pişik - istənilən ət qanunla satıla bilər.  Bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Qazaxıstandan Azərbaycana yanvar ayında 14,53 ton at əti gətirilməsi haqqında yayılan xəbərləri şərh edərkən deyib. Onun sözlərinə görə, at ətinin hansı sahələrdə istifadə olunacağı ilə bağlı...

Bu bahar oliqarxların “yarpaq tökümü” gözlənilir… – Ruslan Əliyevin izindən kimlər gedir?

Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinin sədri vəzifəsindən azad edilməsi yeni kadr dəyişikliklərinin anonsu sayıla bilər... Poliqon xəbər verir ki, Ruslan Əliyevin sabiqlərin sırasına qoşulmasından sonra irəli sürülən mülahizələrə görə, proses bununla yekunlaşmayacaq və yaxın vaxtlarda daha bir neçə yüksək vəzifəli şəxs işini itirəcək. İddia olunur ki, kadr dəyişiklikləri sadəcə növbətçi addım kimi nəzərdən keçirilməməlidir. Yəni, dəyişikliklər sıradan bir yeniləmə deyil. Proses...

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, işə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd edilib. Pravda.az xəbər verir ki, yayılan xəbərlə bağlı Manset.az Ramiz Mehdiyevlə əlaqə saxlayıb....

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir. Bu, Milli bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb. Bununla əlaqədar Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunur. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata...

Yaş tələbi ləğv edilir

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər. Qeyd...

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputatdan ETİRAZ

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicisi kimi 230 manata satılmağa başladı. Üç dəfə baha... Birinci dərmanın taleyi nə oldu? Artıq Azərbaycana çatdırılmır. Bununla əlaqədar tapşırıq verdim, təxminən,...

“Belə çıxır ki, taksi sürücülərində ictimai -siyasi xadimlərlə, məmurlarla bağlı ictimai əhəmiyyət kəsb edən videoməlumatlar olacaq”

"Uzun illər öncə taksilərin məhz sarı rəngdə olmasının elmi əsası ilə bağlı oturuşmuş tədqiqatlar vardı. Yəni hansı rəngin daha tez gözə çarpması ilə bağlı araşdırmalar, sorğular və tədqiqatlar aparılaraq sarı rəngə üstünlük verilmişdi.Ona görə də dünyanın çox yerində taksilər sarıydı. İndi hökumət deyir ki, taksilər ağ və qırmızı olacaq . Görəsən hökumətin bu qərarı nəyə əsaslanıb?" Bunu ekspert Osman Gündüz bildirib. O....

Ədliyyə Nazirliyinin bu səlahiyyətləri alındı

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün...

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər – TƏFƏRRÜAT

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektriklə işləyən mexaniki indikasiyalı qol saatları gətirilib. Bir ədəd belə saatın orta gömrük dəyəri 9 min 988 dollar (16 980 manat) olub....

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil edib. Yığıncaqda narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə...