Putin və Zelenski ilə görüşməyə hazıram” – Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni həll etmək üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyini bildirib.

“Korrupsiya.az” xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində deyib.

Tramp bildirib ki, yenidən ABŞ prezidenti olarsa, bir gün ərzində Ukrayna münaqişəsinə son qoyacaq. “Mən Putin və Zelenski ilə görüşəcəyəm. Onların hər birinin öz zəif və güclü tərəfləri var. Və 24 saat ərzində həll olunacaq, bitəcək”, – deyə sabiq prezident bildirib.

Tramp Putinin çox ağıllı olduğunu vurğulayıb. Bununla belə, eks-prezidentin fikrincə, Putin Ukraynada hərbi əməliyyata başlamaqla yenə də ciddi səhvə yol verib. Eyni zamanda Tramp vurğulayıb ki, 2022-ci ildə ABŞ prezidenti olsaydı, Putin müharibəyə başlamazdı

Paylaş