Martın 10-da saat 23.00-da evə gəldim. Binanın həyətinə girmək istəyirdim ki, gördüm bu maşın “ərəbzəngi” kimi kəsib yolu, heç kimi buraxmır. Bəlli oldu ki, haradasa 4-5 saatdır ki, maşın beləcə həyətin yeganə girişini qapadıb, sürücüsü də harasa gedib. Nə edəcəkdim? Təbii ki, bəziləri kimi təkərini deşmədim, ya da maşını cızmadım. Hüquqi dövlətdə yaşayırıq, 23.01-də 102-yə zəng etdim. Şikayətimi qeydə aldılar, dedilər ki, indi məsələ həll edilər. 23.10-da polisdən zəng gəldi, dəqiqləşdirmə apardılar. Və 23.22-də maşın artıq yolu açmışdı. Yəni 102-yə müraciətim bu qədər operativ həll edildi. Təbii ki, təkrar zəng edib bu operativliyə görə təşəkkür etdim.
Bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.
“Bir də diqqətimi maşının üzərindəki ATƏT-ə aid əlamət çəkdi. Maraqlıdır, ATƏT maşını sürən bir adam bir binanın həyətini qapadacaq ağılda olmamalıdır axı… Ümid edirəm ki, maşının sürücüsünə müvafiq cərimə də tətbiq ediləcək. Şəkilləri də bura atıram, cərimə üçün istifadə edilə bilər. Maşının nömrəsi: 99KT781” – o qeyd edib.