Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir

Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata qaytarılıb.

Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

***

Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb.

Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva açıqlamasında bildirib ki, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.

Hazırda nazir həkimlərin nəzarətindədir.

Qeyd edək ki, bu barədə ilkin xəbəri lent.az saytı yayıb. oloqların nəzarətindədir. (apa)

Paylaş