Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.
Şəhidimizin cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

Sadə vətəndaşların düşmənə cavab vermək üçün hər an döyüşməyə hazır olması və bu istiqamətdə əlindən gələni əsirgəməməsi, ölkədə gənclər arasında yüksək ruhiyyədən xəbər verir

Korrupsiya.az informasiya agentliyi xəbər verir ki,

Lakin müsbətləri qeyd etdiyimiz kimi mənfiləri də bildirməyimiz bu istiqamətdə yaranan boşluqları doldurmağa imkan verə bilər.

Dünən ölkə üzrə şəhid verdiyimizə rəğmən səhər tezdəndən başlayaraq axşama doğru bəzi telekanallar öz proqramlarında dəyişiklik etməyə həvəsli görünmədilər. Bunu yayıma gedən çal-çağırlı verilişlər və musiqili dəqiqələrdan görmək mümkün idi.

Dərhal çal-çağırı və əyləncəli verilişləri yığışdırmalı olan telekanallar şəhidimizin ruhuna hörmətsizlik etməməli idilər. Dünya praktikasında belə bir təcrübə mövcuddur ki, bu tip hadisələr olarkən kanallar dərhal ekstra vəziyyətə keçir, bütün şou və əyləncə proqramları dayanır və cəbhəboyu rəsmi və insanlara ümidverici məlumatlar səsləndirməyə başlayır.

Əfsuslar olsun ki, bunu həmin kanalların bəzisində görmədik. Düzdür bu təcrübəni ortaya qoyan 1-2 kanallarımız oldu və onlar Lakin əyləncə verilişlərini tamamilə efirdən yığışdırmağı unudan bəzi kanallar buna riayət etmədilər. Odur ki, sosial şəbəkədə istifaçilər də bu kanalları verilişləri hətta gözləri doymuyan aparıcıları, sərt tənqid atəşinə tutur və şəhidlərə hörmətsizlikdə suçlayırlar.

Bəs, görəsən bu tip hallarda kanalların operativ şəkildə gündəmə uyğun yayıma başlaması üçün hər hansı nəzarət mexanizmi varmı? Buna nəzarət edən qurum və ya qaydalar mövcuddurmu?

Məlum məsələdir ki, Milli Televiziya və Radio Şurası ölke televiziyalarına nəzarət edir,lakin qanunda olan bəzi boşluqlar vətənpərvərlik ruhunu üstəliyir,düşünürük ki, bu bəzi telekanal rəhbərlərinin öz vicdanından irəli gəlməlidir, təəssüf ki, bu həssas mövzuda heç bir telekanal rəhbərinin çal çağır verilişlərinə həmən anda dur deyənini görmədik.

Ölkə saytları çal-çağırlı kanallara verilişlərə qarşı tənqidi yazılarını, ictimai qınaqını bu mövzuda artırsa düşünürük ki, hansısa nəticəyə gəlmək olar

Paylaş