Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
Bu barədə məlumatı vəkil Amram Makinyan açıqlayıb.
Söhbət 2019-cu ildə müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bildirən qalmaqala ilə tanınan sahibkar Silva Ambarçumyanın işindən gedir. Ambarçumyan daha əvvəllər vurğulayıb ki, Serj Sarkisyana rüşvət verməyib və onunla tanış olmayıb.
Vəkil Amram Makinyan Sarkisyanın dindirilmək üçün çağırılmasını absurd hesab edib və qeyd edib ki, iki il əvvəl Serj Sarkisyan şahid qismində dindirilib və indiyədək bu işlə bağlı yeni nəsə baş verməyib.