Ümumdünya Piylənmə Federasiyasının açıqladığı hesabata görə, dörd milyarddan çox insan piylənmədən təsirlənəcək və bu nisbət uşaqlar arasında ən sürətlə artacaq.

“Korrupsiya.az” xəbər verir ki, ən böyük artımın Afrika və Asiyanın aşağı və ya orta gəlirli ölkələrində olacağı gözlənilir.

Hesabatda 2035-ci ilə qədər piylənmənin dəyərinin ildə 4 trilyon dollardan çox olacağı təxmin edilir.

Federasiyanın rəhbəri professor Luiza Baur hesabatın nəticələrini ölkələrə indi hərəkətə keçmələri və ya gələcəkdə fəsadlar riski ilə bağlı açıq xəbərdarlıq kimi qiymətləndirib.

Paylaş