KRIMINAL DIREKTOR AZTV EFIRINDƏ ÇIXIŞ ETDİ!

Bir neçə müddət öncə evdə televizora baxarkən AZTV efirində mənim üçün təəccüb doğuran bir məktəb direktorunun musiqi müsabiqəsində iştirak etdiyindən bəsh edən çıxışını dinlədim. Bu – barəsində 2016-cı ildən başayaraq prokurorluq orqanlarında yol vermiş olduğu çox saylı qanuna zidd əməlləri, yəni məktəbdə “ölü canlar” saxlaması, küllü miqdarda ayrılan dövlət vəsaitinin mənimsənilib, oğurlanması, saxta sənədlərin hazırlanması ve s. barədə istintaq araşdırmaları aparılan C.Hacıyev adına  3 saylı uşaq musiqi məktəbinin direktoru Məhin Orucova idi.

Qeyd edim ki, 2001-ci ildən məktəbə direktor təyin edilən M.Orucova işə başalyandan sonra özünə tabe olanların hamısını dələduzluğa, saxtakarlığa, əliəyriliyə, oğurluğa, cibqirliyə, fırıldaqçılığa sövq etmiş, bu sayaq əməllərə rəğmən, özbaşınalıq  mühiti yaratmaqla məktəbi bandit-quldur yuvasına çevirmiş burada özünəməxsus tərzdə kriminal struktur yaratmışdır.

Bu vəziyyətlə barışmayan məktəbin 6 nəfər müəllimi 2006-cı ildə prokurorluğa şikayət ərizəsi göndərdi. Bundan sonra direktor ondan şikayət etmiş müəllimlərə qarşı qərəzli və qisasçılıq mövqeyi tutaraq onları zərərsizləşdirmək qərarına gəldi.

Belə ki, M.Orucova məktəbdə adı olub özləri olmayan müəllimlər, şagirdlər (ölü canlar) saxlayır bu ölü canların əvəzinə maaş cədvəlinə (tarifikasiya) imza edib onların maaşlarını cebinə qatlayırdı.

Həmçinin M.Orucova məktəbin təmirinə 2004-cü ildə küllü miqdarda ayrılan – 25.000000 AZM (iyirimi beş milyol) (5000 AZN) dövlət tərəfindən ayrılan vəsaiti ata-babadan ona qalan vərəsə payı kimi bütünlüklə mənimsəmiş, məktəbə aid iki otağı, zirzəmi və arxa həyəti (240 kvm tormaq sahəsi) kənar şəxsə satmişdir.

Yuxarıda göstərilən faktlar və digər qanunsuz əməllərə yol vermiş C.Hacıyeva adına 3 saylı Uşaq Musiqi Məktəbinin kriminal direktoru Orucova Məhin Əli qızı barəsində Səbail rayon Prokurorluğunda İstintaq araşdırmalarına  başlanmış və Bakı şəhər Prokrorluğunda bu araşdırmalar davam etməkdədir.

Xəbəri hazırladı: bakmiltv.info araşdırmaçı – jurnalist İlham Rəsulzadə…

Paylaş