Nöqsanlara yol verən və bununla bağlı videoları yayılan direktorların hamısı işdən azad edilib. Bu mənada yayılan videoların faydalı olduğunu düşünürük”.xKorrupsiya.az xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, həmin videolar ictimai nəzarətin bir formasıdır: “Mənim problemim videoların paylaşmasında deyil, problem videolar əsasında müəyyən mənada ümumiləşdirmənin və qeyri-düzgün təhlil aparılmasıdır. Bu videolar varsa, onların bizə göndərilməsində fayda var. Bir hal belə tapmazsınız ki, bu tip neqativ hallarda nazirlik tədbir görməsin. Nazirlik olaraq təhsilin keyfiyyətini artırmaq və davranış qaydalarına əməl olunmasını istəyirik”.

Paylaş