“Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.
Bu barədə “korrupsiya az”a Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Azərbaycanda əsgəri ildırım vuraraq öldürüb.
“Korrupsiya.az”ın əldə etdiyi məlumata görə, hadisə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Sözügedən hərbi hissədə xidmət edən Bakı şəhər sakini 20 yaşlı Davud Məmmədli postda olan zaman ildırım vurub.
Nəticədə o, hadisə yerində dünyasını dəyişib