Media subyektləri müəyyən məsələləri kontekstindən çıxararaq fərqli təqdim edir, sanki müsəlmanlar cəmiyyətdə nəsə mənfi bir şey etmək istəyir.
Bu sözləri Qroningen Universitetinin İslamın mənşəyi üzrə köməkçi professoru Seyfəddin Kara Bakıda islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya” adlı aralıq sessiyasında söyləyib.
O bildirib ki, 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktından sonra müsəlmanlara qarşı nifrət ideoloji olaraq genişləndirilib: “Bu da geniş anlamada İslamı və müsəlmanları hədəfə aldı”.