Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev vəzifəsindən azad olunub.
Orxan Əliyev Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsindən azad olunub. Onun yerinə isə hələlik təyinat yoxdur.
Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri saytımıza məlumatı təsdiqləyib. Qurum rəsmisi bildirib ki, bir müddət əvvəl Orxan Əliyev vəzifəsindən azad edilib.
Qeyd edək ki, Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə isə sədrin müavini vəzifəsinə təyin olunmuşdu.