“Yolumuzu bağlayıblar. Sökdükləri həyət evləri ilə bizim binanın arasında 10 metrlik yol var idi. İndi bu yolu da zəbt ediblər. Demək olar ki, binanın həyəti tamamilə tutulub. Evimizə getmək üçün uzun məsafə qət etməliyik. Bütün günü və gecə səsdən yatmaq olmur. Ətrafı toz-torpaq bürüyüb. Uşaqlar üçün təhlükəli vəziyyət yaranıb. Sakinlər etiraz edəndə də binanı tikən “Baku City” MTK və “Şans” MTK rəhbərliyi bizə deyir ki, “gedin kimə istəyisiniz şikayət edin.”
Sakinlər qeyd edir ki, tikinti standartlara uyğun aparılmır və özül onların yaşadığı binanın lap yanında qazılıb. “Sabah bizim bina uçsa, burda yaşayan yüzlərlə sakinin həyatı təhlükə altında qalar. Buna kim cavab verəcək.”
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın standartlara uyğun tikilmədiyini və layihəyə yenidən baxılmalı olduğunu təsdiq edən məktubla Nərimanov rayon icra hakimiyyətinə müraciət edib.
Sakinlər Avtosfer.az-a ərazidən çəkilmiş fotolar və yuxarıda qeyd edilən məktubun sürətini göndəriblər.
KORRUPSIYA.AZ