Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» verilişində növbəti maraqlı araşdırma tamaşaçılara təqdim edilib.
Unikal.org xəbər verir ki. bu dəfə isə sayğacların plomlarına görə yazılan cərimələrdən söz açılıb. Teleaparıcının sualı isə qrumun rəsmi nümayəndəsi Ceyhun Səfərə yönləndirilib.
“Bu necə ola bilər ki, gecə plombı kimsə qırır səhəri günü «Azərqaz» gəlir və cərimə yazır» sualına qurumun mətbuat xidmətinin rəhbəri cavab verib. O, hətta çıxış yolunu da təqdim edib. «Bunu edənlərə cərimə yazılmayacaq…»
Qeyd edək ki, günlərdi bununla bağlı sosial şəbəkələrdə də görüntülər yayımlanır. İnsanlar plombların bilərəkdən kimlərsə tərəfindən qırıldığını qeyd edir…