2019-cu il fevralın 5-də episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı,İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdir.Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi.Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması,evlərə,həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən martın 6-da Ağsu rayonunda səfərdə olub.Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verib.Ölkə rəhbəri bildirib: Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq.Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq.Bundan sonra Prezident İlham Əliyev sentyabrın 13-də “Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə həmin evlərin təmiri üçün Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə yenidən 2 milyon manat ayırıb.
Çox təəssüf ki müəyyən qüvvələr Prezidentin tapşırıqların tam icra olunmasına imkan vermirlər.Dövlətin bu sahədə həyata keçirdiyi siyasətə kölgə sala biləcək neqativ amillərə,o cümlədən ayrı-ayrı şəxslər tərəfindən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə yol verirlər.Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları və s. məsələlər, sanki vətəndaşların narazı salınmasına hesablanıb. Bunu Mediatv.az-ın redaksiyasına müraciət edən Ağsu rayon Nuran kənd sakini Bədəlova Mirvari Şərafət qızı bildirir. Onun sözlərinə görə Rayon Fövqəladə Hallar Komissiyası ona məxsus fərdi yaşayış evinin sökülüb yenidən tikilməsinə deyil məhz təmirə ehtiyaclı olduğu qənaətinə gəlib.Mediatv.az-ı məlumatlandıran Ev sahibi isə bununla razı deyil.Çünki ev təmir olunacaqsa belə, hər hansı yüngül yeraltı təkan baş verəcəyi təqdirdə, içərisində yaşayış olan evin sakinləri ölüm təhlükəsi ilə üz-üzə qala bilər.Hal-hazırda bu evdə yaşayış var. Evin divarları demək olar ki, bir-birindən aralanıb,evin qapısı isə hər gün çökməkdə davam edir.Şikayətçi bildirir ki Nuran kəndində,eləcə də onun evində təmir aparan şəxslərin böyük əksəriyyətinin təcrübəsi demək olar ki yoxdur.Məqsəd isə ucuz iş qüvvəsi hesabına keyfiyətsiz işlər görüb böyük miqdarda pullar “silməkdir”.Baxmayaraq ki,bu istiqamətdə milyonlar xərclənir, ölkə başçısına və ictimaiyyətə yanlış məlumat verilir ki, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Ağsu rayon Nuran kəndində guya sürətlə iş gedir.Açıq görünən real nəticə ondan ibarətdir ki,milyonların “sərf” olunmasına baxmayaraq Nuran kəndində bu gün tikinti işləri çox ləng şəkildə həyata keçirilir. Ayrılan bunca vəsaitin qarşılığında insanların normal yaşayış hüququ bərpa olunmur, uçuq-köhnə, qəzalı daxmalarda yaşamağa məcbur edilir. Xalqa bəslənən bu səhlənkar, laqeyd münasibətinin arxasında görəsən nə dayanır? Əgər həmin vəsaitlər vətəndaşların özlərinə verilsəydi doğurdanmı onlar ötən müddət ərzində özlərinə ev tikə bilməzdilər?Çox maraqlıdır ki bu işə məsul olan şəxslərdən biri də kənd bələdiyyəsinin sədri Ariz Mustafayev, eyni zamanda Nuran kənd məktəbinin direktorudur.Ariz müəlimin eyni zamanda iki vəzifə daşıması görəsən qanunla necə tənzimlənir?Yəqin bu işə məsul olan şəxslər belə hesab edirlər ki ,Nuran kəndi mərkəzi yoldan təqribən 5 km aralı olduğundan kəndə aparılan kefiyətsiz təmir işlərin görən olmayacaq.Ağsu rayon Nuran kəndində çalışan şirkətlərin adı, rəhbərliyi, idarəetmə prinsipləri,işçiləri işə götürmə metodları,onlarla bağlanan əmək müqavilələri, təhlükəsizlik qaydaları, işçilərə verilən əmək haqları ictimaiyyət üçün sirr kimi saxlanılır ki, bu da daha çox qeyri-şəffaflığa, korrupsiyaya,hesabatlılıqdan boyun qaçırmağa yol açan məqamlardır.
Mövzuya qayıdacağıq.

Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?
Paylaş