Bakıda hüquq-mühafizə orqanlarına yalan məlumat verməkdə ittiham olunan üç qadına qarşı cinayət işi açılıb.
Korrupsiya.az demokrat.az istinadən məlumat verir ki, bunlar Zülfiyyə Əkbərova, Yeganə Hüseynova və Sevinc Şahmirzəyevadır.
Istintaq orqanı tərəfindən hər üç qadının barəsində Cinayət Məcəlləsinin 297.1-ci (məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fuad Axundovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.