Deməli, AZAL uçuş yeməyini 66 manata satır, çatdırılma ilə birlikdə (+15AZN) isə 81 manata”.
Bu sözləri siyasi analitik Turab Rzayev deyib. Onun bu fikirləri ciddi müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçisi AZAL-ın sözügedən addımını kəskin qınayıblar.

Məsələ barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə isə burada tənqidi məqam yoxdur:

“Analoji təcrübə dünyanın bir çox ölkələrində var. Hətta bir müddət əvvəl Almaniyada maraqlı kampaniya başlanmışdı: təyyarəyə minə bilməyənlər sosial şəbəkələrdə uçuş yeməkləri üçün darıxdıqlarını deyirdilər. Həm də kimsə məcbur edilmir.

Bu, könüllüdür. Əslində AZAL-ın problemləri, neqativləri kifayət qədər çoxdur. İnhisarçılıq, biletlərin bahalılığı, rəqabətli mühitin yaradılmaması və s. bu qəbildəndir. Və bu qurumu məndən çox tənqid edən yoxdur.

Lakin sözügedən məsələyə irad bildirmək ədalətsizlik olar. Son bir ildə reyslər 65-70 faiz azalıb. Deməli, əlavə gəlir əldə etmək məqsədilə AZAL-ın belə bir kampaniya başlatması normaldır.

Uçuş yeməkləri ilə bağlı qiymət siyasətini də istədiyi kimi tənzimləyə bilər. Sadəcə dövlət qurumu olduğuna görə qazancla bağlı ictimaiyyətə şəffaf məlumat verməlidir.

Dediyim kimi, vergilər normal qaydada ödəniləcəyi təqdirdə qiymət siyasətini istədiyi kimi müəyyənləşdirə bilər. Vətəndaşlardan kim istəsə, arzulasa, bu təklifdən yararlansın.

AZAL isə kampaniyanın özünü doğrultmayacağını görsə, bundan imtina edəcək”.

Paylaş