Xəbər verdiyimiz kimi, Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salan Rüstəm Orucov və Xəyalə Vəliyeva saxlanılıb.
Korrupsiya.az Musavat.com-a istinadən xəbər verir ki, Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.
Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.
Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.
***
09:53
Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Unikal.org-a bildirib ki, bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildiriblər.