Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovla bağlı məhkəmə qərar verib.

Korrupsiya.az xəbər verir ki, istintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək F.Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmə təqdimatı təmin edərək Fəqan Əhmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərk öldürüb.

F.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd

***

Baş Prokurorluğun Mətbuat xidməti də Fəqan Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumat yayıb.

Paylaş