Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
Korrupsiya.az-ın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.