Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı açıqlama yayıb.

Gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə məlumatlar həqiqətə uyğun deyil:

“Dövlət Gömrük Komitəsi bildirir ki, İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarın Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə başlanılmış və istintaqı aparılır. Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

xxx

19:49

Azərbaycan polisi tərəfindən sentyabrın 15-də Gorus-Qafan magistral yolunda qanunsuz yük daşıdıqları üçün saxlanılan iki iranlı sürücü azad edilib.

Unikal.org xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Paylaş