Antalyada tələbə yataqxanasında dəhşətli cinayət hadisəsi qeydə alınıb.
Korrupsiya.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yataqxanada aşpaz işləyən İhsan Güneylə tələbə Mehmet Sami Tuğrul arasında mübahisə yaşanıb. Hadisə zamanı ətrafdakı insanlar onları ayırmağa çalışsa da, buna nail ola bilməyiblər.
Əlbəyaxa davadan sonra İhsan tələbənin başını kəsib. Cani şəxs bununla yanaşı, tələbənin başını sinəsinə tikib. Dəhşətli əməldən sonra o, polis tərəfindən saxlanılıb. Polislərə ilkin ifadəsində, aşpaz Mehmetin çox sakit bir tələbə olduğunu dilə gətirib.
Faktla bağlı cinayət işi açılıb. İhan Güney həbs olunub. Onun barəsində qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Qeyd edək ki, Mehmet Sami Tuğrul Akdeniz Universiteti Kompüter Mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi imiş.