İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini nəzarətə götürüb.
Korrupsiya.az xəbər verir ki, Fələstin yerli mediası İsrail qüvvələrinin İordan çayının qərb sahilinin müxtəlif hissələrinə basqın etdiyini bildirib .
Basqınlar zamanı əksəriyyəti Nablus və Tülkərim şəhərlərindən olan 12 nəfərin saxlanılıb.
Bildirək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.