Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 739 nəfər artaraq 319 911-ə yüksəlib.
Korrupsiya.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 23 820 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 747 125 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 809 300 nəfər sağalıb.

Paylaş