2021-ci ildə muxtar respublikada 427 yeni iş yeri yaradılıb.
Korrupsiya.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, 2021-ci ilin yanvar-noyabr aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 548,8 manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur.