Korrupsiya.az informasiya agentliyi Analoq.az saytına istinadən məlumat verir.

Azərbaycanın elm və təhsil sahəsində inkişafı və tərəqqisi üçün dövlətimiz bir sıra mühüm addımlar atır, bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlərin əsasında dayanan əsas faktor isə məhz Azərbaycanın inkişaflı gələcəyi ilə bağlı daha müfəssəl imkanların əldə edilməsidir. Belə ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi və “Təhsil millətin gələcəyidir” şüarı əsas olaraq götürüldü. Müdrik siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin parlaq ideyaları bu gün cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verməkdədir.

Digər tərəfdən, bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin reallaşdırdığı çoxsaylı layihələr və planlar da belə deməyə əsas verir ki, məqsəd milli təhsilimizdə mövcud olan neqativ halların, nöqsanların aradan qaldırılmasına yönəlib və söz yox ki, əməli işlər, təhsil strategiyasının tərəqqisinə öz töhfələrini verəcək.

Bahar xanım sualları cavablandırmaq yerinə, jurnalistləri təhdid etmək qərarına gəlib?

Lakin təəssüf ki, bizlər zaman-zaman Azərbaycanın təhsil sistemində fəaliyyət göstərən ayrı-ayrı şəxslərin bu sistemə xələ gətirən, ziddlik təşkil edən addımlarını müşahidə etməkdəyik. Belə təhsil müəssisələrindən biri də Bakı şəhəri, Nizami Rayonu Şərifli 3 ünvanında yerləşən 3 nömrəli xüsusi internat məktəbidir.

Analoq.az olaraq bu barədə internet resurslarından öyrəndik və yazılanların həqiqət olub-olmadığını öyrənmək üçün internat məktəbinin direktoru Bahar Kərimova ilə telefon əlaqəsi saxladıq. Öyrənmək istədik ki, məktəb haqqında yazılan ittihamlar nə dərəcədə həqiqəti əks etdir? Eyni zamanda, xanım direktorun cavab haqqının olduğunu xatırlatmaqla ittihamlara aydınlıq gətirməsini xahiş etdik.

3 nömrəli xüsusi internat məktəbinin direktoru Bahar Kərimova haqqında müxtəlif vaxtlarda mediad işıqlandırılan məqalələrin linkləri :

Ancaq təəssüf ki, Bahar Kərimova bizim suallarımızı cavablandırmaqdan imtina etməsi ilə yanaşı, informasiya resurslarında internat məktəbi barədə yazılan yazılara görə məhkəməyə müraciət edəcəyini bildirdi, üstəlik bizi də təhdid etməkdən çəkinmədi. Hansı ki, biz məktəb direktorundan sadəcə və sadəcə, eləcə də KİV haqqında qanunlar çərçivəsində məlumatlanmağı istədik.

Lakin Bahar xanım müsahbə vermək üçün bizi Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədova müraciət etməyimizi istədi və nə qədər qəribə olsa da hansı suallarımız varsa ona ünvanlamalı olduğumuzu bildirdi (?!). Təbii ki, bizdə istər-istəməz sual yarandı ki, əcəba, nəyə görə bir internat məktəbinin rəhbərinin fəaliyyəti, yaxud orada cərəyan edən hadisələr haqqında Təhsil İdarəsi məlumat verməlidir?

Beləliklə, biz Bəşarət müəllimə zəng etdik və o bizə bildirdi ki, Bakı Təhsilı İdarəsi internat məktəblərinə baxmır, suallarımızı isə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehova ünvanlaya bilərik. Təəssüf ki, Cəsarət müəllim bir neçə dəfə açdığımız telefon zənglərimizə cavab vermədi. Görünür, dövlət başçısının yerlərdəki məmurlara mətbuat nümayəndələrinə daim açıq olmaları tapşırığı hələ də bu dövlət qurumuna çatmayıb…

Nə isə, biz istədiyimiz məlumatları ala bilmədiyimizə görə, əlimizdə olan bəzi detalları ictimai rəyin, dəyərli oxucu auditoriyamızın diqqətinə çatdırmağı lazım bildik. Çünki cənab Prezident İlham Əliyevin çıxışları zamanı ictimai nəzarətin gücləndirilməsi yönündə jurnalistlərin fəaliyyətinin artırılması vacibliyi barədə vurğuladığı fikirləri daim öncüllük təşkil edir. Əbəs deyil ki, dövlətimizin başçısı ölkədə baş verən hadisələr haqqında daim mediadan məlumatlar aldığını vurğulayıb. Məhz bu əsasla da əlimizdə olan informasiyaları ictimailəşdirmək qərarını verdik.

Məlumatlardan biri ondan ibarətdir ki,10.14.2021 oktyabr ayında Nizami Rayonu Şərifli 3 ünvanında yerləşən 3 nömrəli xüsusi internat məktəbinin müəllimləri məktəbin direktoru Bahar Kərimovadan təhsil nazirliyinə şikayət ediblər. Onların şikayətləri bundan ibarət olub ki, maaşlarından ildə iki dəfə (?!) Sabunçu rayon Qızıl Aypara cəmiyyətinə vəsaitlər tutulur. Halbuki, hər hansı cəmiyyətə, təşkilata və s. qurumlara vəsaitlərin tutulması prosesi qanuvericiliyə görə ildə bir dəfə həyata keçirilə bilər. Amma öyrənəndə ki, Sabunçu rayon Qızıl Aypara cəmiyyətinin sədri kimdir, bu zaman necə deyərlər, “barmağımızı dişlədik”. Həmin şəxs Bahar Kərimovun həyat yoldaşı İlham Kərimovuymuş!

Maraqlıdır, internat məktəbinin müəllimlərinin maaşlarından bir miqdar vəsaitlər nəyə görə ildə iki dəfə bir təşkilata köçürülür? Bunu hansı qanun kitabında yazıblar? Nə qədər axtardıqsa, tapa bilmədik…

Şagirdlərin pulları hesabına alınan qutu-qutu pamperslər və s. məhsullar ambardan boşaldılaraq məktəbin avtomobili ilə haralara daşınır? Bu sualı da redaksiyamıza mürüciət edən mənbə ünvanlayır.



3 nömrəli xüsusi internat məktəbi haqqında digər bir faktı da araşdırmaq qərarına gəldik. Məlum olub ki, məktəbin direktoru hər sinfə (ibtidailərdən tutmuş böyük siniflərə qədər) ayrı-ayrılıqda pamperslər almağı tapşırır və yığılan pamperslər heç də bu məktəbin tələblərinə ödənilmir. Hətta məktəbin lallar və karlar üçün xüsusi təhsil müəssisəsi olduğunu nəzərə alsaq pampers ehtiyaclarının buraya deyil, məhz ruhi-əsəb xəstəliklərinə malik xüsusi internat məktəblərinə aid olduğunu deyə bilərik. Bəs pamperslər niyə alınır və qutulardan çıxarılaraq məktəbə məxsus avtomobillə haraya daşınır? Redaksiyamıza müraciət edən mənbə bu sualın da cavabını axtarır.

Eləcə də satışı qadağan olunan digər məhsulların da məktəbin ambarından yüklənərək kənara çıxarılması prosesini əks etdirən videokadrlardakı görüntülər də maraqlı, eyni zaman düşündürücüdür…
Biz, bütün bunlarla bağlı sadəcə Bahar Kərimovadan münasibət öyrənmək istədik və hətta ittihamları araşdıraraq həqiqətlərii üzə çıxarmaq istədiyimizi bildirdik, dedim ki, bəlkə bütün bunlar qərəzdir, amma təəssüf ki, əks tərəf bizim bu təklifimizi də rədd etdi, hətta sətiraltı hədələr də etməkdən çəkinmədi.

Bütün bunları nəzərə almaqla bizə təqdim olunan növbəti digər faktları da təqdim edəcəyik. Ümid edirik ki, qarşı tərəf bu dəfə cavab haqqından istifadə edərək rəhbəri olduğu internat məktəbi barədə irəli sürülən iddialara təfsilatlı cavabarını verəcək…

P.S. İnternat məktəbində ehtimal edilən qanunsuzluqlar, təəccübdoğurucu olaylar barədə araşdırmalarımız davam edir. Bu barədə yaxın günlərdə dəyərli oxucu auditoriyamıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd : Məqalədə bəhs olunan problemlər və videolar 3 saylı xüsusi internat məktəbinin müəllimlərinin vatsap qrupunda paylaşılıb.

Mövzunu davam etdirəcəyik!

Mənbə: Analoq.az

 

 

Paylaş