Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Korrupsiya.az  xəbər verir ki, sənədə əsasən, Əsasnamədə aşağıdakı dəyişikliklər edilib:

1. 1.2-ci bəndə “Mülki Prosessual Məcəlləsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi,” sözləri əlavə olunub.

2. 6.1.12-ci və 6.1.17-ci yarımbəndlərə “mübahisələrinə dair işlər” sözlərindən sonra “, habelə məhkəmələrin icraatında olan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar” sözləri əlavə edilib.

3. 9.2.8-ci yarımbənddən “mülki işlər və kommersiya mübahisələri üzrə” sözləri çıxarılıb.

4. 13.6-cı bənddə “10-1.2-ci maddəsində” sözləri “10-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddələrində” sözləri ilə əvəz edilib.

Paylaş