Bakıda bir nəfərə görə 50 nəfər evsiz qalıb – VİDEO
Bakının Nərimanov rayonu, Qarabağ küçəsində bir müdət əvvəl pilot layihə çərçivəsində ərazidəki evlər sökülüb.
Vətəndaşlara isə bildirilib ki, bir il altı aydan sonra onlara yeni mənzillər təqdim olunacaq.
Lakin sonradan sakinlərdən birinin fikrindən daşınması hər şeyi alt-üst edib.
Nəticədə 50 ailə üç ildir yeni mənzillərinə köçəcəyi günü gözləyir.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
Saat 21:00-dək telefondan az istifadə edin – Bakı sakinlərinə XƏBƏRDARLIQ!
Bu gün Bakıda geomaqnit qasırğası olacaq.
Qasırğa günorta saat 15:00-dan etibarən hiss edilməyə başlayacaq və saat 21:00-dək davam edəcək.
Maqnit qasırğalara meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet,...
Qadın xilasedici: Kişi tələb etdi ki, hamilə yoldaşını ancaq qadın xilas etsin – VİDEO
İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli işdir.
Bunu 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində mütəxəssis-xilasedici Gülnarə Əliyeva deyib.
G.Əliyeva 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində çalışır. Çevik və insansevər olması onu bu peşəni seçməyə sövq edib: “Artıq 17 ildir ki bu işlə məşğulam. İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli...
48 ildir elektrik işləyən qadın – VİDEO
Yevlax şəhər sakini Xuraman Məmmədova 48 ildir ki, elektrik mühərriklərinin təmiri ilə məşğuldur. O, nəinki Yevlaxda, eləcə də respublikamızda bu peşənin sahibi olan bəlkə də yeganə qadındır.
Xuraman Məmmədova bildirib ki, 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun qiyabi şöbəsinə qəbul olub və bu dövrdə Maşınqayırma zavodunda işə düzələrək elektrik mühərriklərinin təmiri peşəsinə yiyələnib. O, iş zamanı bəzən başına maraqlı hadisələr...
Seyfəddin Kara: Sentyabrın 11-də törədilmiş terror aktından sonra müsəlmanlara qarşı nifrət ideoloji olaraq genişləndirilib
Media subyektləri müəyyən məsələləri kontekstindən çıxararaq fərqli təqdim edir, sanki müsəlmanlar cəmiyyətdə nəsə mənfi bir şey etmək istəyir.
Bu sözləri Qroningen Universitetinin İslamın mənşəyi üzrə köməkçi professoru Seyfəddin Kara Bakıda islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya” adlı aralıq sessiyasında söyləyib.
O bildirib ki, 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktından sonra müsəlmanlara qarşı nifrət ideoloji...
Tanınmış iqtisadçıya vəzifə verildi – FOTO
İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov Azərbaycan Texniki Universitetində yeni yaradılan "İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi”nə rəhbər təyin edilib. Yeni yaradılan mərkəzlə bağlı Elṣad Məmmədov bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd bölgədə və dünyada baş verən iqtisadi dəyiṣikliklərin tədqiqi, təhlili və proqnozlaşdırılmasının effektiv və innovativ şəkildə həyata keçiriməsidir. "Hazırda iqtisad elminin, müvafiq...
Mehriban Əliyeva qadınları təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib.
Paylaşımı təqdim edirik:
Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Dövlət başçısının təbrikində Azərbaycan xalqının hər zaman qadına dərin ehtiram bəslədiyi, ana haqqını uca tutduğu vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə dövlət qadın siyasətinin başlıca...
Bu yaxınlarda Ombudsmanın Milli Məclisə təqdim etdiyi hesabatda cəzaçəkmə müəssisələri ilə bağlı bir sıra təkliflər yer alıb. Hesabatda təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.
Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə...
Azərbaycanda yeni idarəçilik modeli: İcra hakimiyyətlərinin ləğvi reallaşır
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikasının Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin olunub.
Prezidentin Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəliyi də fəaliyyət göstərir. Dövlət başçısı nümayəndəliyə rəhbərliyi Vahid Hacıyevə həvalə edib.
Qeyd edək ki, xüsusi nümayəndəlik...