“Sədərək” gömrük postunun əməkdaşlarına cinayət işi açıldı
Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
"Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda istintaq olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində qabaqcadan əlbir...
Prezident bu avtomobillərlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin...
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edilib
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda strukturuna daxil olan müvafiq...
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi
Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydasının hazırlanmasında Maliyyə Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi də iştirak edəcək.
Bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin...
Zərərdə olan Mehdiyevlər 5 milyon borc axtarır
“Bank BTB” ASC 5 milyon manat borc cəlb edir.
Bank hər birinin nominal dəyəri 1000 manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edir.
Bankın 2023-cü il üzrə audit olunmamış hesabatına əsasən aktivləri 369 mln 155 min manat, öhdəlikləri 321 mln 791 min manatdır. Cəmi kapitalı isə 50 milyon həddindən aşağı – 47 mln 363 min manat təşkil edir....
Toplum TV-nin ofisində axtarış aparıldı – DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.
DİN mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
“Əlavə məlumat veriləcək”, - E.Hacıyev deyib.
Qeyd edək...
Afrikalı uşaqla şəkil çəkdirdiyi üçün saxlanılan azərbaycanlılar Vətənə qayıdırlar
Afrikalı uşaqla şəkil çəkdirdikləri üçün saxlanılan azərbaycanlılar Vətənə qayıdırlar.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı məlumat paylaşıb.
Onun sözlərinə görə, 2023-cü ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinə turist kimi səfər edən və azyaşlı uşaqla şəkil çəkdirdikləri üçün müəyyən problemlərlə üzləşərək, ölkədən çıxışlarına qadağa qoyulan Emin Cəlilov və Mehman Pənahov bir saat əvvəl vətənə yola düşüblər:
“Onlar Diasporla...
Bakıda şadlıq saraylarında fantastik menyu qiymətləri – 350, 400, 450… – SİYAHI
Ailə qurmağa hazırlaşan cütlükləri maraqlandıran əsas məsələlərdən biri də şadlıq saraylarının mövcud menyu qiymətləridir. Bakıda menyusu 35 manatdan tutmuş 450 manata qədər xidmət təklif edən şadlıq evlərinə rast gəlinir. Qiymətlərin formalaşmasına isə müxtəlif amillər təsir göstərir.
İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında deyir ki, şadlıq saraylarının qiymətləri ümumi inflyasiya trendinə uyğun tənzimlənir.
Onun sözlərinə görə, şadlıq evlərində qiyməti formalaşdıran əsas amillər...
Dövlət bağçasında yeyinti – Cinayət işi açıldı
Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında ilə bağlı bağlı daxil olmuş müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalar zamanı bağçada qanunsuzluqlar üzə çıxarılıb.
Belə ki, bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə alınmayan ümumilikdə 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək rəsmi sənədlərə bilə-bilə...
“Komitə sədri olduğu müddətdə hotel tikdi, telefon şirkəti yaratdı”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci sədri Rafiq Əliyev xələfi Hidayət Orucov haqda tənqidi fikirlər səsləndirib. O, Bakupost.az-a açıqlamasında H. Orucov haqda bunları deyib:
"Dini bilən adam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim. Mən dini də, ərəb dilini də bilirdim. Təxminən 5 il ərzində dövlət konsepsiyası hazırladıq və müəyyən işlər...