Fərdi evlərin bahalaşması ilə bağlı AÇIQLAMA – “Qiymətlər 40 faizə qədər…”
“2024-cü il ərzində fərdi yaşayış evlərinin bahalaşacağı ilə bağlı hazırda bizdə heç bir məlumat yoxdur”.
Bu sözləri açıqlamasında daşınmaz əmlak üzrə mütəxəssis Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, insanların alıcılıq qabiliyyəti xeyli aşağı düşüb:
“Bu baxımdan da fərdi evlərin qiymətində artım olmayacaq”.
Müsahibimiz qeyd edib ki, bu gün Bakıətrafı ərazilərdə maklerlər tərəfindən tikildikdən sonra satışa çıxarılan fərdi evlərin qiyməti təmirə görə təyin...
Yarım milyon mənimsəmişdi – 5 ilə cəmi 107 minini qaytardı
2019-cu ildə bir sıra vəzifə cinayətlərində şübhəli bilinərək işdən çıxarılan və həmin il həbs edilən Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun məhkəməsi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə V.Qasımov Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.
Valeh Qasımova 6 il 6 ay müddətinə həbs cəzası verilib. Onun...
Səfər Mehdiyev özünə şirkət qurdu – Sabiq rəis direktor oldu
Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, plkovnik işdən çıxdıqdan biray sonra "APF Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.
Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyəti sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı ,...
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirildi – VİDEO
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib.
Əsgər Ruslan Pənahov bu gün Azərbaycana təhvil verilib.
Bu bələdiyyələr birləşdiriləcək
Azərbaycanda əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr birləşəcək.
Bu, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az...
Xalqxeber.Az xəbər portalı 12 yaşında
Bu gün Xalqxeber.Az xəbər saytının 12 yaşı tamam olur.
Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.
Xalqxeber.Az günün 24 saatı işləyir.
Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir.
Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.
Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ...
Azərbaycanda şirkət rəhbəri həbs edildi – 875 min manatlıq dələduzluq
Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan “Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib.
1987-ci il təvəllüdlü Qulu Orucov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, “Orucoğlu Aqro” MMC-nin rəhbəri şirkətlərə müvafiq...
Azərbaycanda dörd böyük xəstəxaya direktor təyin olundu – FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib.
Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb.
Səyyad Yusifov ixtisasca həkim-infeksionistdir.
Səyyad Yusifov 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində təhsil...
Vəfaddin İbayev yüksək vəzifəyə təyin edildi – FOTO
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olub.
İnstitutdan verilən məlumata görə, martın 4-də hüquq üzrə fəlsəfə doktoru Vəfaddin Ələm oğlu İbayev sədr müavini vəzifəsinə təyin olunub.
Yeni müavini İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə kollektivə təqdim edib.
Qeyd edək ki, V.İbayev 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1998-ci illərdə Azərbaycan Respublikası Daxili...
İş adamı Bakıda kolleci satın aldı: Yerində bina tikəcək?
Tikinti maqnatı İsfndiyar Axundov (Şərurlu İsfəndiyar) kollec alıb.
İsfəndiyar Axundov Azərbaycan Tətbiqi Elmlər Kollecinin sahibinə çevrilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarında da Azərbaycan Tətbiqi Elmlər Kollecinin qanuni təmsilçisi kimi tikinti maqnatının adı qeyd edilib. O, bu ilin martından kollecin qanuni təmsilçisidir.
"İddialara görə, İsfəndiyar Axundovun təhsil sektoruna yatırım etmək kimi bir niyyəti yoxdur. Bildirilir ki, iş adamına sadəcə kollecin...