Mingəçevirdə yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mahir Mürsəlov tutduğu vəzifədən azad edilib. Bu barədə müvafiq əmr imzalanıb. Həmin vəzifəyə hələ yeni təyinat yoxdur.

65 yaşdan yuxarı olan icra başçıları – SİYAHI

Yaşı 65-i keçən icra başçılarının siyahısı: 1. Eldar Əzizov, Bakı şəhər icra başçısı - 1957-ci ildə anadan olub, 66 yaşı var. 2. Rafil Hüseynov, Ağcabədi rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var. 3. Novruz Novruzov, Siyəzən rayon icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var. 4. Zakir Fərəcov, Sumqayıt şəhər icra başçısı - 1954-cü ildə anadan olub,...

Bu sığorta agenti ləğv olunur

Azərbaycanda sığorta agentlərindən biri ləğv edilir. “Kompas-Konsaltinq” MMC ləğv olunur. Şirkətə sığorta agenti fəaliyyəti üçün verilmiş lisenziya ötən ilin yanvarın 11-də ləğv edilib. Qeyd edək ki, “Kompas-Konsaltinq” MMC 30.11.2006 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həsənov Hüseyn Həsən oğludur. Şirkətin kreditorları iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 63, mənzil 3 ünvanına bildirə bilərlər.

Azərbaycanda meyit donordan orqan götürülməsi mümkün olacaqmı? – VİDEO

Azərbaycanda ürək və ağciyər transplantasiyası əməliyyatlarının bu günə qədər icra oluna bilməməsinin səbəbi odur ki, meyit donordan orqan götürülməsi mümkün deyil. Əvvəl bu qanunla tənzimlənmədiyindən mümkün olmurdu, hazırda isə qanun icazə versə də, insanlar bu məsələyə isti yanaşmır. Səhiyyə Nazirliyinin yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrin...

Suraxanıda Dəmiryolu xəttinin keçidi niyə bağlanıb? – VİDEO

Suraxanı rayonu, Əmircan qəsəbəsində İcra Hakimiyyətinin yaxınlığında yerləşən dəmir yolu xəttinin qarşısı beton daşlarla kəsilib. Sakinlər bildiriblər ki, sözügedən ərazidə daşların qoyulması gediş-gəlişə mane olur, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır: “Əvvəl yol açıq idi, gediş-gəliş rahat idi. Daşların düzülməsi düzgün deyil, təcili tibbi yardım keçə bilmir, yolu fırlanmağa məcbur olur”. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan dəmir yolu keçidində...

“Bakı Metropoliteni” konsert üçün müğənniyə 8 min manat verəcək – Tendersiz müqavilə

"Bakı Metropoliteni” QSC müğənni Cəlal Abbasov ilə satınalma müqaviləsi imzalayıb. "Bakı Metropoliteni” QSC tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında Cəlal Abbasov ilə 8 min manat dəyərində müqavilə imzalayıb. Açqlanana rəsmi məlumatda qeyd olunur ki, "Bakı Metropoliteni” QSC fəaliyyətinin 10 illik yubileyi münasibətilə musiqili-bədii tədbirin təşkil olunması xidmətinin "Bir mənbədən” üsulu ilə satınalınmasına dair ƏDV-siz 8000.00 manat (səkkiz min manat,...

Prezidentin təltifi Qod Nisanova təqdim edildi

Azərbaycanın Rusiyadakı səfirliyində rusiyalı iş adamı Qod Nisanova “Dostluq” ordeni təqdim edilib. Q.Nisanova mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Təqdimat mərasimində çıxış edən P.Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib: “Fəxr edirik ki, Azərbaycandan olan...

“Azərbaycanda mətbuat azadlığı tam olaraq təmin edilib” – RƏY

Azərbaycan dövləti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Azərbaycanın bütün sahələrdə qlobal səviyyədə inkişafının Qərbin və Avropa ölkələrini narahat etməsi mətbuat platformasında da özünü aydın göstərir. Xüsusilə Vətən müharibəsindən sonra xarici oyunçuların regiona təsir istiqamətlərindən biri kimi medianı hədəf alması bunu deməyə əsas verir. Milli Məclisin...

Rövnəq Abdullayev vəzifəsindən gedir?

Rövnəq Abdullayev AFFA-dakı gələcəyi ilə bağlı yekun qərarını verib. O, növbəti prezident seçkilərində namizəd olmayacaq. SOCAR-ın sabiq şefi bu barədə mövqeyini az öncə açıqlayıb. Abdullayev İcraiyyə Komitəsinin Gəncədə keçirilən iclasında yaxın günlərdə vəzifəsi ilə vidalaşacağını bildirib. R.Abdullayev 2008-ci ildən AFFA-ya başçılıq edirdi. Ötən müddətdə 4 dəfə federasiyanın rəhbəri seçilib. Bu ay AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək. Konfransın gündəliyinin əsasını yeni prezidentin seçilməsi təşkil...

Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumata görə, Azərnaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol...