Elman Rüstəmova zərbə: “Obmen”lərə lisenziyanı Rüfət Aslanlı verəcək – Faktlar

Valyuta dəyişmə məntəqələri qısa müddət sonra yenidən fəaliyyətə başlayacaq Qanunvericiliyə əsasən, girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Valyuta dəyişmə məntəqəsinə sahib olmaq istəyən şəxs lisenziyaya sahib olmalıdır. Bunun üçün o Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. Bu fakt həm də Mərkəzi...

Saleh Məmmədovun çevrəsində NƏLƏR BAŞ VERİR? – İDDİA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Əvəz Qocayevlə ikinci müavin Hüsnü Quliyev arasında nüfuz savaşı gedir. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, Agentliyin sədri Saleh Məmmədovun Hüsni Quliyevin tərəfini tutması Əvəz Qocayevdə qəzəb hissi yaradıb və birinci müavin Saleh Məmmədovun BDU-nun hüquqşünas diplomunu necə əldə etməsi barədə məlumatlar yaymaqla hər kəsə meydan oxuyur. Xatırladaq...

Millət vəkili İslamiadada medal qazananlardan faiz tutur?!

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, üzgüçülükdə uğur qazanan idmançılar və məşqçilər hələ də Milli Olimpiya Komitəsi tərəfindən veriləcək pul mükafatını gözləyirlər. Yenicag.az-a bu barədə İslamiadanın iştirakçıları məlumat veriblər. Əldə etdiyimiz məlumata görə, MOK tərəfindən mükafatın nə vaxt veriləcəyi ilə bağlı hələlik dəqiq bir söz də deyilmir. Bundan başqa, millət vəkili Xanlar Fətiyevin prezidenti olduğu Azərbaycan Üzgüçülük Federasiyası...

Yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir”

"Yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir". "Korrupsiya.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Şərurlu İsfəndiyar”ın binalarında uşaqlar üçün şərait yoxdur: – Sakinlər narazıdır

Bakının Yeni Yasamal qəsəbəsində "Şərur MTK"-ya aid olan yeni tikilidən şikayət var. Bu haqda AZXEBER.COM-a məlumat verən sakinlər bildirib ki, binanın həyətində uşaqların istirahəti üçün yer ayrılmayıb. Şikayətdə deyilir: "Binanın çox geniş həyəti var. Ancaq həyətdə uşaqların oynaması üçün heç bir şərait yoxdur. Biz bununla bağlı dəfələrlə şikayət etsək də, heç bir cavab verməyiblər". Sakinlərin dediyinə görə, uşaqlar üçün şəraitin yaradılmasının səbəbi...

Qədimbəylinin ailəsi məhkəməyə məcburi gətiriləcək

"Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən xüsusilə külli miqdar dəyərində oğurluq etməkdə ittiham olunan Suzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması gedir. Baxılan iş üzrə müttəhim zərərçəkmiş şəxslərin evində xadimə işləyib. İddia olunan cinayət hadisəsi də həmin vaxt gerçəkləşib. İttihama görə, təqsirləndirilən xanım bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib. Bura pulla yanaşı, qızıl-zinət əşyaları...

Azərbaycan Respublikasi Baş Dövlət Yol Polis İdarəsində Korrupsiya faktları-FOTO VİDEO

Korrupsiya.az -ın araşdırmasına əsasən  Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsində qanunsuz olaraq yeyinti halları aşkarlanıb. Korrupsiyanı Azərbaycanın "bəlası" adlandıran cənab Prezidentimiz İlham Əliyev deyib ki, bu problem Azərbaycandan "tamamilə silinməlidir"deməsinə baxmayaraq hələdə bəzi Dovlət qrumlarında korrupsiya hallariyla rastlaşırıq.Cənab Prezidentimizin sozlərinə gorə hər bir Azərbaycan vətəndaşı fərdi olaraq korrupsiya hallarına qarşı mübarızə aparmalıdır. Beləki Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsində hər bir...

Taksi sifarişi operatorları barədə sərəncam

Taksi sifarişi operatorlarının Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatlarının siyahısı hazırlanacaq. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında”...

Kərəm Həsənovla Heydər Əsədovun şərikli taxıl biznesindən ilginc faktlar – ÖZƏL

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla kənd təsərrüfatı naziri Heydər Əsədov taxıl biznesinə girişib Bu barədə Ulus.Az-a daxil olan məlumata görə, nazirlə komitə sədri şərikli iş qurub. K.Həsənovun Cəlilabadda yüz hektarlarla məhsuldar torpaq sahələrini şəxsi mülkünə çevirdiyi xəbər verilir. H.Əsədovun da bu işdə ciddi payının olduğu deyilir. Hətta KTN-nin Cəlilabad idarəsinin rəisi komitə sədrinin dayısıdır. Ona görə də bu biznesin ortaqlığı asan...

Maştağada istixanadan 10 min manatlıq elektrik avadanlıqları oğurlayanlar saxlanılıb

Martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub. DİN-dən verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq...