KİV rəhbərləri saytların qanunsuz olaraq bloklanmasını pisləyir

Bakı/17.11.17/Turan: Ölkənin bu yaxınlarda bloklanmış 14 saytının rəhbərləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsini, Mətbuat Şurasını və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunu bunun təqsirkarı hesab edir. Bu barədə Turan-a sayt rəhbərləri bildiriblər. "Rəhbərlik etdiyimiz saytların bloklanmasının səbəbi qeyd edilən qurumların ünvanına tənqidi məqalələr dərc etməyimizdir", deyə Realliq.info saytının baş redaktoru İkram Rəhimov bildirib. Onun sözlərinə görə, bu, internet-resurslardan hakimiyyətin xoşuna gəlməyən materialları yığışdırmaq...

Şeyxlə savaş və Abutalıbovun diski – ATV rəhbərliyi niyə bitirildi…

ATV kanalında efirə gedən “ATV Səhər” proqramı sentyabrın 26-da yayımlanmayıb. Turan İbrahimovun müəllifi olduğu “ATV Səhər” verilişində bu ilin may ayında sabiq vitse-spiker, hazırda deputat olan Arif Rəhimzadənin məlum “türk deyiləm” sözlərindən sonra T.İbrahimov onun barəsində tənqidi ifadələr işlətmişdi ki, bu səbəbdən də onu efirdən uzaqlaşdırmışdılar. Başqa bir iddiada isə deyilir ki, T.İbrahimov Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına...

Qüdrət Şükürovun SOCAR-la iş birliyi Lift idarəsinin rəisi SOCAR-ın tikdiyi müalicə-diaqnostika mərkəzlərindən neçə milyon qazanıb ?

 Lift idarəsinin rəisi  SOCAR-ın tikdiyi müalicə-diaqnostika mərkəzlərindən neçə milyon qazanıb ? KORRUPSİYA.AZ xəbər verir ki, xeyli  vaxtdır  Bakı Lift İdarəsinin rəisi  Qüdrət Şükürovun adı  mətbuatın gündəmindən düşmür. Rəisin  öz qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi ilə bağlı  mətbuatda yayılan xəbərdən sonra cəmiyyətdə xeyli suallar yaranıb. Görəsən, dövlətdən 550 manat əmək haqqı alan məmurda bu qədər pul haradandır...

“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı

Məhkəmənin “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunsuz əməlli ilə bağlı “İcraya başlamaq haqqında”qərarı icraata verildi. Xəbər verdiyimiz kimi “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunsuz əməllərindən zərəçəkən 15 ailənin 3 ilə yaxındır ki,davam edən hüquqi mübarizəsi, nəhayət ,23 iyul 2019-cu il tarixdə başa çatdı və Ali məhkəmədə keçirilən proses zamanı Apellasiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Zərəçəkmişlərdən biri olan Müzəffər Məmmədlinin Kanal32.az-a verdiyi...

Yenidənqurma ya qazanmağın yeni yolu: Vüsal Hüseynov da belə qazanır… – İDDİA

Dövlət Miqrasiya Mərkəzi son doqquz ayın nəticələrini açıqlayıb. İlk baxşıdan hər şey normal və gözəl görünür. Lakin həmin məlmatları incələyərkən Mərkəzin cavab verəcəyi suallar ortaya çıxır. Xeber.De yazır ki, DMM rəsmi veb-səhifəsinin məlumatına görə, “…Qərarlardan 9812-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub”. O zaman həmin cərimələrin məbləği...

Ağdam teatrının pərdə arxasında olan, “talan səhnələri”

4 aydan artıqdır ki, saytımıza edilən çoxsaylı müraciətləri nəzərə alaraq Ağdam rayonunda ətraflı "reydlər” və müşahidələr aparmağı qərara aldıq. Sizə Ağdam rayonunda baş verən məmur özbaşınalığı ilə bağlı təqdim edəcəyimiz silsilə yazılara Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrından başlayırıq. Vaxtı ilə ölkədə böyük nüfuza malik olan Ağdam Dövlət Dram Teatrı Ağdam şəhərinin işğalından sonra köçkünlük həyatı yaşayıb. İşğalın ilk illərində...

Alimpaşa Məmmədovun gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – ŞOK TƏFƏRRÜAT

İcra Hakimiyyəti şöbə müdirinin Moruldan gecə qaçışının təfərrüatları üzə çıxdı Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevlə bağlı AzEuroNews.com -un redaksiyasına olduqca ilginc iddialarla dolu məktub daxil olub. Məktubdan belə aydın olur ki, bu il martın 23-də məmurun doğum günü olub. Rasim Mustafayev doğum gününü qeyd etdikdən sonra qardaşı Səyyar Mustafayevə...

SABİQ NAZİRİN BANKI ƏLİNDƏN ALINIR? – “Ata Bank”ın rəhbərliyinə gətirilən Ağakərim Məlikaslanov kimdir?

Olduqca çətin günlərini yaşayan və sabiq vergilər naziri Fazil Məmmədovun bankı kimi tanınan “Ata Bank”da İdarə Heyətinin sədr müavini postuna yeni təyinat olub. FED.az-ın yaydığı məlumata görə bu, Ağakərim Məlikaslanovdur. Məlumatda deyilir ki, Ağakərim Məlikaslanov Mərkəzi Bankda rəhbər vəzifədə olan bir şəxsin qohumudur. Lakin həmin şəxsin kimliyi açıqlanmır. Ağakərim Məlikaslanovun Mərkəzi Bankda hansı rəhbər vəzifəli şəxsin qohumu ola biləcəyinə dair...

“Milla” rəhbərliyi haqda ilginc iddialar… – TƏFƏRRÜAT

“Milla” süd zavodunda baş verən özbaşınalıqlardan xəbər verərək bildirmişdik ki, şirkət rəhbərliyi heç bir səbəb olmadan ona yaxın sürücünü işdən çıxarıb. Ötən həftə “Milla”dan işdən çıxarılan sürücülər aksiya keçirərək, üzləşdiyi özbaşınalıqları ictimailəşdiriblər. Onların sözlərinə görə, zavodun direktoru Samir Şirinov, müavini Pərviz Hüseynzadə və loqistika müdiri Ismayıl Tanrıverdiyev merkantil maraqlarını güddüyü üçün illərdə “Milla”da çalışanları səbəbsiz yerə işdən çıxartmaqdadırlar. Pandemiyanın tüğyan etdiyi zamanda...

“Kharı bulbul travel” məhkəmə qarşısında

“Kharı bulbul travel” MMC məhkəməyə verilib. MMC ilə Bakı Kommersiya Məhkəməsinə müraciəti “Manar company” şirkəti edib. Mahiyyəti icarə müqaviləsi üzrə mübahisələr olan iş hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.