QULDUR AZƏRBAYCAN PREZİDENTİ OLMAQ İSTƏYİR

Milli Məclisin keçmiş deputatı, 90-cı illərin ən məşhur kriminal iş adamlarından biri Hüseyn Abdullayev Azərbaycandakı növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Qeyd edək ki, iqtisadi cinayətlərdə ittiham edilən H.Abdullayev hazırda ədalət məhkəməsindən Almaniya ərazisində gizlənir. Siyasi-kriminal dairələrdə "Quska-Maxno” ləqəbi ilə tanınan H.Abdulayev uzun illər ərzində müxalifətçilərə və liberallara, jurnalistlərə və siyasi xadimlərə hücumlar gerçəkləşdirən "dazbaşlar”ın qeyri-qanuni kriminal dəstələrinə...

Hafka “Qarabağ”ın rəqibinə Bakıda qonaqlıq verdi: – Bahalı içkilər, gecəyarısına kimi əyləncə…

“Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov ötən axşam Bakıda bahalı restoranların birində “Atletiko Madrid” klubunun rəhbərliyinə qonaqlıq verib. Azxeber.com-un əldə etdiyi məlumata görə, “Qarabağ”la oyundan sonra “Hafka” klub rəhbərliyinə və bəzi futbolçulara Bakının bahalı restoranlarından biri olan “Sumax”da qonaqlıq verib. Gecəyarısına kimi davam edən qonaqlıqda bahalı içkilər içilib. “Hafka” qonaqlarına əyləncə də təşkil edib. Mənbənin sözlərinə görə, qonaqlıqda yüksək...

Dövlət xəstəxanasında korrupsiya baş alıb gedir

Bildiyiniz kimi, hələ bir neçə il öncə Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq bəzi dövlət xəstəxanalarında tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir. Bu baxımdan Zərifə Əliyeva adına göz klinikasının problemləri də bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Təbii ki, bu aktuallığı şərtləndirən ən...

Kənd təsərrüfatı ekspertindən nazirə bir yığın sual: Cavab susqunluq olacaq?

Kənd təsərrüfatı üzrə ekspert: “Ölkəyə bu qədər pul gəldiyi halda, əgər bu gün kənd təsərrüfatında geriləmə müşahidə olunursa, indi Avropa Birliyinin 1,24 milyon vəsaiti ilə nəyə nail olmaq olar?” “ Almaniya hökumətinin köməyi ilə Azərbaycanda torpaqların sənədləşməsi, müasir avropa tələblərinə uyğun qayda-qanuna salınması istiqamətinə milyonlarla vəsait ayırılıb. Bundan kimin xəbəri var və hər hansı naliyyət əldə olunubmu? Yalnız Abşeronda 250...

9 SAYLI ŞƏHƏR POLİKLİNİKASINDA ÖZBAŞINALIQ

"Dövlət tərəfindən şəkərli xəstələrə verilməli olan dərmanları 9 nömrəli şəhər poliklinikasının həkimləri vermir" Korrupsiya.az tezadlar.az-a istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivi 1 ünvanında yaşayan Vəliyeva Kifayət Adıgözəl qızı redaksiyamıza ərizə ilə müraciət edib. K.Vəliyeva Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 9 nömrəli şəhər poliklinikasından şikayətçidir. K.Vəliyeva yazır ki, 10 ildir ürək xəstəliyi ilə əlaqədar...

Şuşa RHİ-nin başçısı Bayram Səfərov işlətdiyi fəhlələrin pulunu ödəmir – ŞİKAYƏT

Redaksiyamıza müraciət edən Həsən Xəlilov adlı vətəndaş Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərova məxsus olduğu bildirilən “Leyla PALACE” şadlıq evində usta kimi işlədiklərini pullarının isə ala bilmıdiklərini bildirir. H.Xəlilovun sözlərinə görə, əvəlcədən əldə olunmuş razılığa əsasən 11.100 manatlıq işi görən ustalara 6.900 pul ödənilib. İş sona çatdıqdan sonra şadlıq evinin əməkdaşları görülən işin onları qane etmədiyini bildirərək borclu...

“Nurgün Motors”dan növbəti şikayət

Azərbaycanda “Nurgün Motors”un satdığı bir sıra avtomobillərin keyfiyyəti və şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə “Nurgün Motors”un tərkibində olan “Ford Azərbaycan” servis mərkəzlərindəndir. Növbəti şikayət də məhz “Nurgün Motors”un tərkibində olan “Ford Azərbaycan” servis mərkəzlərindəndir. Belə ki, müştəri idarə etdiyi “Ford Mustang” markalı avtomobilinin sıradan çıxan detalı üçün servisə müraciət edib. Avtomobilə...

DÖVLƏT YOL POLİSİNDƏ ƏMƏLİYYAT?! – 9 saylı kabinetdə nə baş verib?

Noyabrın 29-da təxminən saat 11:00 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan-Qeydiyyan Şöbəsində həyəcanlı anlar yaşanıb. Həmin vaxt BDYPİ-də olan vətəndaşlardan biri bu barədə “AzPolitika.info”nu məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, yeni aldığı avtomobilini qeydiyyata saldırmaq üçün BDYPİ İmtahan-Qeydiyyat Şöbəsində olub. O, işini bitirib şöbəni tərk etmək istəyərkən, hüquq-mühafizə orqanlarının əməkdaşları olduqları bildirilən 4-5 adam, bir şikayətçi ilə birlikdə, qəfildən şöbənin 9...

Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar – Vergilər Nazirliyində nələr baş verir?

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan sabiq Vergilər naziri Fazil Məmmədovla bağlı A24.az yeni məlumatlar əldə edib. Belə ki, sabiq nazirin kadrlarına da yol görünüb. Artıq Məmmədovun müavini, həm də qudası Namiq Əliyev iki gündür ki, işə çıxmır. Vergilər nazirinin müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov işdən ayrılmaqla bağlı könüllü olaraq ərizəsini yazıb. Nazirin başqa bir müşaviri, eyni zamanda nazirin...

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu – Dələduzluq

"Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb. Şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb. Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı...