Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzi aparatında əmək qanunvericiliyinin tələbləri pozulur – hazıryeyənlərin gücü xadimələrə çatır
*
Mövzuya sovetlər dönəmi Azərbaycanın tənqidi jurnalistikasının parlaq nümunəsi olan “Mozalan” satirik kinojurnalından bir epizodu xatırlatmaqla başlamaq istəyirik: İdarənin ştatına “yuxarıdan” ixtisar gəlir. Təxminən on nəfərlik kontor işçilərindən bir nəfəri mütləq ixtisar olunmalıdır. Rəis iclas keçirib məqsədi kollektivə izah edir. İştirakçıların, yəni, ixtisar olunmağa namizədlərin hansının üzərində dayanmaq barədə öz beynində çox götür – qoy edən rəis konkret qərara gələ bilmir. Axı işçilərin hamısı “yuxarıda” kiminsə adamıdır, üstəgəl, idarənin necə deyərlər, “cikini-bikini” bildiklərindən, “quyruqlarını tapdalasan”, sakit oturmaz, demaqoqluq edərlər. Xeyli müzakirədən sonra rəis xadimə qadını çağırtdırır və “sokraşeniyə” düşdüyünü ona izah edir. Bir əlində süpürgə, digərində vedrə ilə qəbula gələn xadimənin eşitdiyi qərar ilə razılaşmaqdan başqa çarəsi qalmır. Halbuki, idarədə yeganə halal qazanc sahibi o idi, qalanları isə müftəxordular.
Ölkəmizin müstəqillik qazanması ilə ictimai-siyasi və sosial-iqtisadi formasiya dəyişsə də, əfsus ki, indi də zəhmətkeş insanlara bu cür münasibət göstərildiyinin şahidi oluruq. Daha təəssüf doğurucu hal budur ki, belə neqativ hal məhz əhalinin sosial müdafiəsinin təşkili ilə vəzifələndirilmiş dövlət qurumu olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzi aparatında baş vermişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna verilmiş DSMF-nun mərkəzi aparatının təsərrüfat şöbəsində çalışan xadimə bacıların işləri Fondun inzibatı binasını sözün hərfi mənasında silib-süpürməkdir. Redaksiyamıza ərizə ilə müraciət etmiş bacılardan birincisi – Tərtər rayonunun Seyidlinalı kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Ümid Əkbərov küçəsində kirayədə yaşayan Novruzova Rəna Yaqub qızı bildirmişdir ki, işlədiyi müddət ərzində (2011-ci ildən) DSMF inzibati binasının komendantı, əslən Ağsu rayonundan olan və həmişə özünü nazir Səlim Müslümovun qohumu kimi təqdim edən Nazir Kərimov onunla əsl istismarçı kimi, təhqiramiz şəkildə davranır: “Səbəb də onu göstərir ki, səni işə mən götürmüşəm,-deyir. Məni küçənin ortasında, “Dekabank”ın ofisinin qarşısında kobud sözlərlə təhqir etdi. Sonra da qabaqdangəlmişlik edib haqqımda keçmiş təsərrüfat müdiri Natiq Əzizova şikayət etdi, mən də hər şeyi olduğu kimi danışdım…”
Rəna Novruzova nəql edir ki, DSMF mərkəzi aparatının təsərrüfat şöbəsinə Vidadi Nəbiyev müdir təyin olunandan sonra günü lap qara olmuşdur. Novruzovanın sözlərinə görə, Nəbiyev onu başqalarının da yerinə işləməyə məcbur edir, narazılığını bildirəndə isə iclaslarda təhqir edir. Novruzova qeyd edir ki, Nəbiyev onu haqsız olaraq şantajçı adlandırır: “Xadimə müdiri necə şantaj edə bilər? Martın 17-də iclasdan çıxarılmışam. Aprelin 18-də çağırıb mənə sənəd verir ki, bura qol çək. Mənə şiddətli töhmət verir. Nazir Kərimov tərəfindən söyülən də mən, şiddətli töhmət alan da mən. Zəhmətə qatlaşan mənəm, Nazir Kərimovun həyat yoldaşı isə evdə oturub, adı işdə gedir, maaş alır. Mən işləyirəm, kimsə müftə məvacib yeyir. Yeddi aydır ki, maaşımı vermirlər. Kuirayədə yaşayıram, evdə ağır xəstəm var, məndən başqa ailənin qazananı yoxdu…”
DSMF-nun təsərrüfat şöbəsində 2004-cü ildən xadimə işləyən Əsgərova Təranə Yaqub qızı da 2016-cı ilin oktyabr ayından Vidadi Nəbiyev tərəfindən kabinetə çağırılaraq savadsızlığından istifadə edildiyini, ağ kağıza imza atmağa vadar edildiyini bildirmişdir: “Bundan bir neçə gün sonra xəbər tutdum ki, işdən çıxarılmışam. Əvvəlki rəhbərlik maaşın azlığı ilə əlaqədar hər xadiməyə iki oklad iş vermişdi. Hal-hazırda üç nəfərin əvəzinə işləyirəm, amma bir nəfərin əmək haqqını alıram. Aprel ayında Vidadi Nəbiyev heç bir əsas olmadan mənə töhmət verdi və bu səbəbdən mükafat alan işçilərin siyahısına düşmədim”.
Şikayətçilər bildirirlər ki, idarədə əmək intizamı kobud şəkildə pozulur. Adı ştatda gedib özü işdə olmayan şəxslər də çoxdur.
Haqlı sual doğur: DSMF əgər öz mərkəzi aparatında əmək qanunvericiliyinin tələblərinin pozulmasına rəvac verirsə, dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair necə təkliflər verə bilir və bu siyasətin həyata keçirilməsində necə iştirak edir? Razılaşın ki, bu, çox paradoksal haldır və zənnimizcə, hörmətli nazir Səlim Müslümov faktın araşdırılması və qanunsuzluqlara qol qoyanların layiq olduqları cəzanı alması üçün bütün imkanları səfərbər edəcəkdir.

P.S. Mövzunu nəzarətdə saxlayacağıq. Qarşı tərəfin də fikirlərinə yer ayırırıq.
Qanun-namine.info