Son günlər dövrü mətbuatda dərc olunan yazılarda Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev haqqında tənqidi materiallar dərc olunmaqdadir
Maliyyə naziri Samir Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görmür.
Ölkə rəhbərliyinin son illər həyata keçirdiyi struktur islahatlara baxmayaraq, hazırda bölgələrdə ali təhsili olmayan (orta ixtisaslı) idarə rəhbərləri də var.
Bu barədə yazartv.az xəbər verib ki, bir zamanlar Cəlilabad toylarında qarmon musiqi alətində “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış şəxs Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyən Quliyev Əlinazim Şahsuvar oğludur.
Dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə,o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz. Bütun bunlara baxmayaraq, hazırda Cəlilabad rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev orta ixtisaslı maliyyəçidir.
Mediamaqnat.az isə iddia edir ki, Əlinazim Quliyevin ali təhsili yox imiş, maliyyə idarəsinin müdiri pulun gücünə vəzifədə qalırmış.
Azərbaycanda olmayan hadisə yoxdur. Bu ölkədə hətta ən yüksək səviyyədə təmsil olunan məmurun belə təhsilsiz, bisavad olması inandırıcıdır. Çünki ortada kifayət qədər maraqlı nümunələr var.
Sayt yazır ki, Cəlilabad rayonunun maliyyə işlərini məhz diplomsuz və heç bir ali təhsili olmayan bir şəxsə həvalə ediblər.
Belə ki, rayonun maliyyə idarəsinin müdiri Əlinazim Quliyevin bu vəzifəyə gətirilməsi pulun hesabına mümkün olub.
Hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir.
Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər? Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb? Bununla bağlı maraqlı məqamlar var.
Eyni zamanda, Əlinazim Quliyevin kimə güvəndiyi və aylıq kimlərə haqq verdiyinə dair yetərli qədər məlumatlar mövcuddur. ulus.az
Qarşı tərəfi dinləməyə hazırıq.