Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadovun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Bu məlumatı icra başçısının müavini özü də təsdiqləyib. 

Bu məlumatda sonra mediada və sosial şəbəkələrdə qəza törədən məmur oğlunun bahalı maşın kolleksiyası barədə məlumat yayılıb. Belə ki, Elmar İbadov qəzanı “Range Rover” markalı avtomobillə törətsə də, onun 10-AC-100 nömrəli daha bir neçə avtomobilinin olduğu deyilir.
Məmur oğlunun bu kolleksiyasında bahalı “Galandwagen” markalı maşının da olduğu iddia edilir. 10-AC-100 dövlət nömrə nişanlı “Galandwagen”in şəhərdə tez-tez göründüyü bildirilir.
Azxeber.com isə məlumat yayıb ki, hadisədən sonra Elmarın “İnstagram” hesabındakı maşın kolleksiyasında olan şəkilləri silinib.
Reportyor.org-unəldə etdiyi məlumata görə, Elmar İbadovun Bakı Dövlət Univerisitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində oxuyub. Bu il BDU-nu bitirsə də, hərbi xidmətə getməyib.
Sosial şəbəkələrdə və mediada Elmar İbadovun olduğu iddia edilən maşın kolleksiyası: 


Paylaş