Məmmədovlardan sonra daha bir ailə-klan qruplaşmasının sonu yetişdi; Ziya Məmmədov erasının bitməsindən sonra Nazim İbrahimov üçün də “əcəl zəngi” çalınmağa başlandı…

Palitika.Az xəbər verir ki, bir neçə ay qabaq verilən proqnozlar, çıxarılan nəticələr özünü doğrultmaq üzrədir. İbrahimovlar dönəminə də son qoyulur.

Bunun başlanğıcı Hacı İbrahimin çöküşü idisə, davamı Qılıncoynatma Federasiyasının prezident postuna yeganə namizəd kimi təhsil naziri Mikayıl Cabbarovun irəli sürülməsi idi.

Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edək.

O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib. İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.

Bu federasiyanın əldən çıxması ardınca diaspora komitəsinin də itirilməsi ilə müşayiət olunacaq. Belə ki, bu komitənin ləğv olunması və Xarici İşlər Nazirliyinə verilməsi təklifi tez-tez səslənir.

Hətta deputatlar da çıxışlarında qeyd ediblər ki, struktur islahatına ehtiyac var. Diasporla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulur.

Komitənin bəzi funksiyalarının alınması, bəzilərinin ləğvi, ştat yerlərinin azaldılması, mərhələli şəkildə qurumun demontaj olunması hədəflənib.

Bununla da məqsəd komitənin Xarici İşlər Nazirliyinə birləşdirilməsini təmin etməkdir. Qarşıdakı dövrdə isə struktur islahatları ilə istəyə nail olunacaq.

Ekspertlər və iqtisadçıların fikrincə, ayrıca bir komitənin fəaliyyəti izafi xərclər yaradır.

Nəticə etibarı ilə dövlət büdcəsindən külli miqdarda ayrı səmtə milyonlar xərclənir. Bu məsrəf isə XİN tabeliyində daha qənaətlə istifadə edilə bilər.

Əldə etdiyimiz xəbərə görə, komitənin gənclərlə iş şöbəsi, Təbliğat, informasiya və analitik təhlil şöbəsi, Hüquq təminatı, ümumi və kadrlar şöbəsində dəyişikliklər gözlənilir. Komitə qarşısında duran öhdəlik şöbələrin birləşdirilməsi, qənaətə keçid olunmasıdır.

Palitika.Az xəbər verir ki, Hacı İbrahimin biznesinin çöküşü, kredit girovuna çevrilməsi, balaca qardaş Sahil İbrahimovun adının dələduzluqda hallanması İbrahimovların erasının bitdiyinə işarədir.

Dünyada Azərbaycanda mövcud olan Diasporla Iş üzrə Dövlət Komitəsi kimi ikinci bir qurum yoxdur. Dünya praktikasında bir qayda olaraq bu cür fəaliyyətin XİN vasitəsilə tənzimlənir.

XİN səfirliklər vasitəsilə nəzarətində olan ictimai qurumlar arasında əlaqə yaradır, onların vahid siyasət üzrə hərəkət etməsini təmin edir.

Ona görə Diasporla İş üzrə Dövlət Komitəsinə heç bir ehtiyac yoxdur. Onun işini tam formada Xarici İşlər Nazirliyi görə bilər.

Digər tərəfdən isə Azərbaycan diasporasının güclənməsi, ölkədən kənarda daha mütəşşəkil və aktiv fəaliyyəti ilə bağlı çoxsaylı problemlərin qalması Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvini zəruri edir.

Gürcüstanda Diaspor İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib, onun funksiyası isə Xarici İşlər Nazirliyinə həvalə edilib. 2008-ci ildə yaradılan diaspor komitəsi xaricdə diaspor yarada bilməyib və bu siyasət iflas edib.

Eyni zamanda hesab olunur ki, sözügedən qurumun rəhbərliyinə daha təmiz imicə malik, adı çoxsaylı qalmaqallara qarışmamış şəxsin gətirilməsi arzuediləndir.

Hesab olunur ki, bu, Diasporla İş üzrə Dövlət Komitəsinin isə nüfuzunun artmasına, nəticədə onun xaricdəki Azərbaycan diasporu üzərində təsir imkanlarının güclənməsinə, eyni zamanda, ölkədən kənarda fəaliyyət göstərən diaspora qurumlarının daha həvəs və maraqla öz fəaliyyətlərini sintez etməsinə gətirib çıxarardı.

Paylaş