Korrupsiya.az press-az.com-a istinadən bildirir ki, amma bu məmurun merkantil maraqları ucbatından Nərimanov rayonunda bir qarış boş torpaq sahəsi qalmayıb.
Belə ki, Nərimanov rayonunda yaşayış binaları arasında insanların asudə vaxtları keçirməsi üçün nəzərdə tutulan yerlər belə satılıb, həmin ərazilərdə çoxmərtəbəli binalar inşa edilib. Tikinti və şəhərsalma normaları kobud şəkildə pozulub.
Bütün bunlara baxmayaraq Abidin Fərzəliyevin fəaliyyətinə, konkret rayonda yaratdığı problemlərə media diqqət yetirmir. Abidin Fərzəliyev müavini Şahmar İbadov vasitəsi ilə tənqid olunmaqdan hələlik xilas oluna bilir. Ancaq bunun nə qədər davam edəcəyini zaman göstərəcək.
Nərimanov rayon İcra Hakmiyyətinin korrupsiya qoxulu fəaliyyətindən biri
Bütün bunların fonunda isə Abidin Fərzəliyev günbəgün ölkənin ən varlı məmur – oliqarxlarından birinə çevrilməkdədir. Press-az.com olaraq bu yazımızda Nərimanov rayon İcra Hakmiyyətinin korrupsiya qoxulu hələlik bir fəaliyyətindən bəhs edəcəyik.
Məlum olduğu kimi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №- li Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər görülməsi haqqında Qərarı var.
Həmin qərarla adı göstərilən rayonların ərazisində qəzalı vəziyyətdə, 15857 mənzildən ibarət olan 1094 bina sökülərək yenidən tikilməlidir. Qərara əsasən də bu işlərin aparılması tikinti şirkətlərinə həvalə edilir və həmin binaların sakinləri də tikinti şirkətinin vəsaiti hesabına müvəqqəti kirayə mənzillərdə yerləşdirilir.
“Rahatlığın Məkanı-Gold”-Gələcəyin RAHATSIZLIĞI
Daha sonra həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikilmiş binalarda mənzillər ayrılır. Demək olar ki, həmin rayonların hamsında sözügedən prosseslər başlayıb. Həmçinin Nərimanov rayonunda da bu işlərə start verilib.
Amma bu işin ən qaranlıq tərəfi isə budur ki, Nərimanovda bu işlərin aparılması Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə “Rahatlığın Məkanı-Gold” Şirkətinə həvalə edilib.
Halbuki adıçəkilən şirkətin ilk işi də bu olub.
Belə ki, şirkət elə yarandığı gün, ilk A-001 nömrəli məktubla İcra hakimiyyətinə müraciət edərək Nərimanov rayon ərazisində 3028 mənzildən ibarət 219 binanın sökülməsi və yerində yeni binaların tikilməsi üçün icazə istəyib. Abidin Fərzəliyev də nədənsə təzə yaranan şirkətin bu istəyini rədd etməyərək, bu məsuliyyətli və çox böyük mənfəət vəd edən işi onlara tapşırıb.
Bir günlük şirkət milyonluq layihəni necə əldə etmişdir?
Sizə təqdim etdiyimiz sənədlərdən də aydın olur ki, Abidin Fərzəliyev heç bir tender keçirmədən tikinti sahəsində bir günlük belə təcrübəsi olmayan şirkətə qəzalı binaların sökülüb, yerində bina tikilməsinə icazə verir.
İcra başçısını “Rahatlığın Məkanı-Gold” şirkətinə hansı telləri bağladığını araşdırmaqda davam edirik.
Korrupsiya.az olaraq icra başçısı Abidin Fərzəliyevin imzası olan sənədi təqdim edirik. (Press-az.com)