SHXÇDX-də erməni əsilli zabit kimdir?…

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Dövlət xidmətinin yarandığı gündən indyə qədər yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları ilə daima gündəmdə olub. Arzu Rəhimovun rəhbərlik etdiyi qurum mövcud olduğu dövr ərzində həm də öz “sehrbazlığı”, fövqəladə qabiliyyətləri ilə seçilib. Belə ki, xidmət əməkdaşları istənilən sağlam, orduya yararlı, pəhləvan cüssəli, şir ürəkli, polad biləkli gənci xidmətə yararsız, el diliylə desək “neqodnıy” çıxarda bilər. Eyni halın əksi də baş verə bilər, yəni xidmətə yarasız olan gənc ön cəbhədə əldə silah vətəni qoruya bilər. Bunun üçünsə çox yox, cəmisi iki şey vacibdir:
Birincisi vətənə, dövlətə məhəbbət hissini itirmək
İkincisi isə pula olan sevgini artırmaq lazımdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərlik etdiyi qurumda cərəyan edən özbaşınalıqlar barəsində Rubrika.az-a ilginc məlumatlar daxil olub. Verilən məlumatlarda dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar öz əksini tapıb.
Məlumatlarda göstərilir ki, 2016-cı il dövlət büdcəsində “Müdafiə”bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib. Rubrika.az-a daxil olan informasiyada göstərilir ki, SHXÇDX-ə 2016-cı il üçün büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb. Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Maraqlı məqam sənəddə yer alan ikinci əmək haqqı bölümü ilə bağlıdır. Belə ki, ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib.
Həmçinin məlumatlarda göstərilir ki, Arzu Rəhimov hərbi komissarlıqlarda geyim biznesi qurub. Generalın hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxardığı bildirilir.
Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimovun planına əsasən pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.
Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.
Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.
Həmçinin SHXÇDX-ninrayon şöbələrində hökm sürən özbaşnalıqlar barəsində də məlumatlar verilir. Göstərilir ki, qurumda formalaşan korrupsiya piramidasının əməlləri yuxarı dairələrdə ciddi narahatçılıq yaradıb. Odur ki, SHXÇDX-də ciddi struktur dəyişikliklərinin olacağı gözlənilir. Bu zaman bir çoxlarının ciddi cəzalandırılacağı da gözləniıir.
Hər halda ordu quruculuğunda mühüm strateji məqam olan səfərbərlik idarəsində müşahidə olunan xırda nöqsan belə böyük təhlükəyə gətirib çıxara bilər ki, bu da baş verənlərin, iddia olunan faktların “yuxarılar” tərəfindən ciddi şəkildə təftişini, qiymətləndirilməsini zəruri edir.
Aldığımız son məlumatlarda məsələlərin bu hala gəlib çatmasında SHXÇDX-nin idarə olunmasında Arzu Rəhimovun erməni əsilli zabitə daha çox etibar etməsindən irəli gəlmişdir. (Bu mövzu ilə bağlı jurnalist araşdırması aparılır, oxucularımıza təqdim edəcəyik.Rubrika.Az

Paylaş