Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı 67 ailə köçürülərək qohumlarının evlərinə və 49 saylı orta məktəbə yerləşdiriliblər

FİA.Az bu fakta diqqət çəkərək yazır ki, qışın sazağında hökumət və onun icra hakimiyyəti strukturu vətəndaşları məktəb yerləşdirir.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə baş çəkərək sakinlərlə görüşüb.

İcra başçısı baş nazirin müavini Abid Şərifovun tapşırığına əsasən, əhaliyə göstəriş verib ki, təhlükəsizlikləri üçün evlərində gecələməsinlər.

Üstəlik, əhalini kompensasiyasız qoymaq üçün zəmin hazırlanır. Səbail RİH-dən deyilib ki, sürüşmə zonasındakı evlərin əksəriyyəti sənədsiz evlərdir.

Yəni, köçürmədən sonra vətəndaşlar mənzillə təmin olunmaya bilərlər. Üstəgəl, onları normal evlərə yerləşdirmək olardı, amma bu soyuq havada məktəbdə məskunlaşdırıblar.

“Teleqüllənin uçması qətiyyən gözlənilmir”. Bunu isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, ərazidə dünən çatlar üzərində yeni mayaklar quraşdırılıb və bu gün çatlarda artım qeydə alınıb.

Hazırda bizim mütəxəssislərimiz göstərilən sahədə müvafiq tədqiqatlar aparırlar, təbii fəlakət zonasını işarə verən mayaklar yerləşdirirlər. Bayıl yamacından aşağıda da müxtəlif ölçülü, təxminən 50 çat yaranıb.

Torpağın yarıldığı yerlərdə aralanan hissələr 20-25 santimetr təşkil edir. Bizim əməkdaşlardan başqa orada FHN-ın, Elmlər Akademiyasının və başqa strukturların mütəxəssisləri də işləyirlər.

Mütəxəssislər sürüşmənin əhatəsini, xarakterini, səbəblərini, həmçinin mümkün nəticələrini müəyyənləşdirirlər.

Tədqiqatların nəticələri hökumətə təqdim ediləcək. Sürüşməni dayandırmaq və ya birtəhər qarşısını almaq, istənilən başqa tektonik proseslər kimi, mümkün deyil.

FİA.Az yazır ki, Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər vardır. Onların məişət və qidalanma məsələləri həll olunmuş, sığınacaqda həkim postu yaradılmışdır.

Amma əksəriyyət qohum evini seçib ki, məktəbdə qalmasınlar. Bu da hökumətin diqqət və qayğısıdır…

Sürüşmə hadısəsı müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir.

Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunlar tərəfindən xüsusi araşdırmalardan sonra verilmişdir.

Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyildir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir.

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçirilib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçiriləcək müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndirilib və görüləcək tədbilər müəyyənləşdirilib.

Günün ikinci yarısında Səbail rayon icra başçısı Eldar Əzizov sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub.

E. Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra isə məktəbdə yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb.

Görüşdə qeyd olunub ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub.

Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

 Korrupsiya.az
Paylaş