Korrupsiya.Az-a Göyçay rayonu H.Əliyev küçəsi ev 112 sakini Mayılov Zabit Sabir oğlu tərəfindən şikayət məktubu daxil olub. Həmin məktubu nəzərinizə çatdırırıq:

 

ŞİKAYƏT MƏKTUBU

Mən mətbuat vasitəsi ilə hörmətli və ədalətli nazir cənab Ramil Usubova müraciət edirəm.Hörmətli Nazir sizin əməyiniz nəticəsində Azərbaycan polisi nümunəvi olmuş asayişin keşiyində dayanaraq sabitliyi əldə etmişdir.Ancaq çox təssüf olsun ki, polis sıralarında təsadüf adamlarda var ki, onların dələduzluqlarına görə  insanlar əziyyət çəkirlər.Bunlardan iki nəfər polis paqonu daşıyan Göyçay rayon Cəyirli kənd sakinləri Ruslan və Aslan Rəhimov qardaşlarıdırlar.Ruslan Rəhimov Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin rəis müavini, Aslan Rəhimov isə Abşeron Rayon Polis Şöbəsində polis serjantı vəzifəsində işləyir. Bu iki qardaş polis əməkdaşları arxada gizlənib analar Sveta Rəhimovanı irəli verib borc adı ilə bir neçə nəfərdən pul alıb dələduzluq yolu ilə onları aldadıblar.Bu polis qardaşlarının aldatdıqları adamlardan biridə mənim həyat yoldaşım Abbasova Şəmsiyyə Binnət qızıdır..Eşitdilər ki, avtomobilimi satmışam  pulum var analarını göndərdilər ki, Aslana toy edirik bizə  9200 manat borc pul ver toydan sonra verərik.Həyat yoldaşım Şəmsiyyə  Allah borcu olaraq onlara 9000 manat pul verdi.Pulu alanda həttda polis zabiti Ruslanın təklifi ilə anaları Sveta Rəhimova həyat yoldaşımdan 9200 manat borc pul alıb yanvarın axırında qaytaracağına dair qəbz kimi kağıza yazıb bizə verdi.Polis serjantı Aslanın toyunda iştirakda etdik.Ancaq onlar toydan sonra bizim pulumuzu vermədilər və bəhanə kimi gətirdilər ki, pulu sizdən anamız alıb onu evdən qovmuşuq gedin pulunu ondan istəyin. Ancaq onlar analarını evdən qovmayıblar sadəcə oyun-oynayıb bəhnə gətirib bizi başdan edirlər. Daşıdıqları poqona ləkə gətirən dələduzlardan polis olmaz.Öz doğma analarını irəli verib insanların etibarından sui-istifadə edib aldadıb pulunu alan polis qardaşlarının əməli dələduzluq cinayətidir. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm analarını irəli verib etibarımızdan sui-istifadə edib 9200 manat pulumuzu alıb dələduzluq etmiş Qəbələ RPŞ-nin DYPB-nin rəis müavini Ruslan Rəhimovun və onun qardaşı Abşeron RPŞ-nin polis əməkdaşı Aslan Rəhimovun barəsində qanuna müvafiq tədbirlər görəsiniz. Biz Sizin obyektivliyinizə inanırıq.

Əlaqə telefonum; (051) 794-87-00

İmza;  Mayılov Zabit Sabir oğlu  Göyçay rayonu H.Əliyev küçəsi ev 112 sakini

 

Paylaş