Korrupsiya.Az xəbər verir  NURAYHOUS MTK tikinti şirkətinin hüquqşünası Rüstəm bəy    Hakimiyyet.Az-ın redaksiyasına müraciət edərək, təmsil etdiyi şirkət haqqında gedən böhtan xarekterli məqaləyə cavab olaraq, sözügedən məsələy ilə bağlı geniş izahat verdi.

Onun sözlərinə görə, tikinti işinə başlanması ərəfəsində Arif Ağamalıyev adlandıran bir şəxs rəhbərliyə yaxınlaşaraq özünü fərdi sahibkarlıqla məşğul olan adam kimi təqdim edib. Bildirib ki, tikinti briqadası və işçi qüvvəsi var. Müqavilə yolu ilə tələb olunan bütün işləri həyata keçirə bilərlər. NURAYHOUS MTK-nın rəhbəri bununla razılaşdı, müqavilə bağladyaraq onu işə cəlb etdi. Əvvəlki razılaşmamıza görə, materialları biz NURAYHOUS MTK alır, o tikinti işlərini görür və kvadraqtmetri 2 AZN olmaqla ustalara zəhməthaqqı təyin olunur. Sonradan isə bununla razılşamadı və yeni şərtlər irəli sürdü. Bildirdi ki, barter üsulu ilə əməkhaqqı əvəzi kimi mənzil verilməsini istəyir. Qeyd edim ki,biz həmin günə qədər bu şəxsə artıq 34 500 AZN nağd şəkildə pul ödəmişdim.Razılşmaya görə, A. Ağamalıyev müəyyən vaxtlarda müştərilər gətirməli və biz onları mənzillə təmin etməliydik. Beləcə 5 mənzil satıldı. Bir səhər yanımıza gəlib bildirdi ki, bacısının əri Mahir burda fəhlə işləyir. Onlara da bu binadan mənzil verək. Biz onun bu xahişi ilə razilaşdıq və bacısının ailəsinə 2otaqlı mənzil verdik. Bundan əlavə də 115 kv. –liq 3 otaqlı mənzili də özünə götürdü.Həm də öz istəyi ilə mənzili ən yaxşi mərtəbədə verdik ona. Sonradan əlavə 3 mənzil də satdı. Halbuki o, satılmış mənzillərdən birinin pulu ilə fəhlələrin əməkhaqqını ödəyə bilərdi. Dediyinə görə, fəhlələrinə əmək haqqı verməyib. Bəlkə də verib, lakin düşünüb ki NURAYHOUS MTK-dan nə qədər artıq qazanc əldə etsə, qənimətdir.

Arifə verilən toplam pulun miqdarı- yəni 5 mənzil, 374.74 kv metr və kv.mert-i 650 AZN-dən 243.min 581 AZN civarındadır. Həmçinin üstəgəl ona verdiyimiz  34.500AZN nağd pulla  birlikdə 278.min 081AZN təşkil edir.Lakin bu pulun qarşılığnda onun həm də ciddi şəkildə  vergiden yayınma faktı da aşkar edilib.

Biz ona bildirdik ki, işləri tamamlayıb təhvil versin.Çünki o, işlər bitməmiş çıxıb getmək iştəyirdi. Biz hesabladıq ki, onun bizə 25 165 azn borcu qalıb. Əgər işləri bitirib başa çatdırsaydı, biz ondan pul tələb etməyəcəkdik. Yarımçıq qalan işləri isə başqa fəhlələr gətirib sona çatdırdıq. Təbii ki, həmin fəhlələlərə əmək haqqını öz cibimizdən verdik.

O, başımıza açdığı bu oyunlardan sonra başqa yollara da əl atdı. Böhtana əl ataraq hər yerdə ona pul vermədiyimizi söylədi. Sonra isə Abşeron rayon məhkəməsinə ərizə ilə müraciət etdi. Onun müraciəti əsasında məhkəmə icraatçıları inşaata gəldilər. Bakı şəhər Baş Ekspert idarəsindən nümayəndə gəlib binanı qiymətləndirdi. Sonradan məhkəmədən ekspert də dəvət olundu. Hakim eksperti dinlədikdən sonra, hüquqi müstəvidə əsassız olduğu üçün iddianı rədd etdi.

Biz şirkətimizə dəyən maddi ziyana görə, hüquqi şəxs olaraq, Sumqayıt İqtisad Məhkəməsinə müraciət etdik. Hal-hazırda onların iddiası Abşeron rayon məhkəməsində araşdırıldığı üçün, bizim iddia müvəqqəti olaraq saxlanılıb. Biz istəyirik ki, Arif Ağamalıyev dəyən ziyanı bizə geri qaytarsın. Hazırda əlində 3 otaqlı mənzil var. Sonradan məhkəmə prosesində bəlli oldu ki, o heç fəhlələri də qanuni şəkildə işə götürməyib. O bizim ondan hüquq müstəvisində mənzili geri alacağımızı başa düşəndən sonra belə bir ajiotaj yaradıb ki, guya onun bizə deyil, bizim ona borcumuz var. Guya tikinti şirkəti fəhlələri aldadıb. Əslində o fəhlələrin heç biri bizim işçimiz olmayıb Sonradan bu şəxs Korrupsiya İdarəsinə, Baş Prokukorluğa da bizim ona guya borcumuz olması haqda şikayət edib. Həmin qurumlar onu Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə yönləndiriblər. Sözügedən nazirlikdən bizə məktub gəldi ki, (məktubda fəhlələrin adı qeyd olunmuşdu), NURAY HOUS MTK tərəfindən əmək hüquqlarının pozulması, və onların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinə ünvanladığı müraciəti əsasında araşdırma aparılır. Bizdən xahiş olundu ki, onların əmək kitabçası, qrafik cədvəli, icbari sığortasını təqdim edək. Biz də cavab olaraq, məktubda Ağamaliyev Arif Vaqif oğlunun VÖEN nömrəsini qeyd etdik və bildirdik ki,” NURAY HOUS” MTK arasında heç bir əmək münasibəti yaranmayıb. Yəni həmin şəxs bu şirkətdə xidmət müqaviləsi əsasında özünə aid olan işçilərini işlədib. Arif Ağamaliyevə NURAY HOUS MTK tərəfindən xidmət haqqı tam ödənilib və şirkətin heç bir borcu qalmayıb. Məktubda adları çəkilən işçilər də bizim şirkətin deyil, Arif Ağamalıyevin işçiləridir. Ona görə də biz heç bir sənəd təqdim edə bilmirik.

Bundan sonra bizə göndərilən ikinci məktubda bildirildi ki, Arif Vaqif oğlu Ağamalıyevin NURAY HAUS MTK-da əmək hüquqularının pozulması ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi tərəfindən aparılan araşdırma haqqında bizə verdiyiniz məlumata, yəni bizim müraciətimizə baxılıb. Araşdırma zamanı həmin şəxsin xidmət müqaviləsi əsasında işləri yerinə yetirilməsinə cəlb edidiyi müəyyən olunub. Həmçinin AR Əmək məcəlləsinin 6-ci maddəsinin D bəndinə əsasən,bu məcəllənin bizə şamil edilmədiyi bildirildi. Yəni onlar da bizə bildirdi ki, Arif sizinlə xidmət müqaviləsi əsasında işləyib. Və buna görə işçilərə cavabdehliyi özü daşiyir.

Biz ən keyfiyyətli material işlədən, müasir tələblərə cavab verən məzillər inşa edirik. Arif və onun adamlarının şər –böhtan kompaniyası isə bizim işgüzar nüfuzumuza xələl gətirir.

Məsələ hüquq müstəvisində öz həllini tapmasına baxmayaraq,dəfələrlə Arif Ağamaliyevə NURAY HAUS MTK-a tərəfindən xəbərdarlıq edilmişdir. Lakin o buna məhəl qoymayaraq, tikintinin iş guzar nüfuzuna xələl gərirmiş və ziyan vurmuşdur. Bununla bağlı olaraq o qanun qarşısında cavab verəcək.

Paylaş