“Dəryaz” qəzeti redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, I Alatava ev 55 ünvanında yaşayan İsmixanov Tofıq İsmayıl oğlu tərəfındən ərizə daxil olub.Ərizəni olduğu kimi dərc edirik

Cənab Prokuror!   Sizə müraciət etməyimin səbəbi mənim oğlumu qəsdən avtomobillə vurub ölümcül xəsarət yetirərək qaçıb gizlənmiş və avtomobili uzun müddət gizli konteynerdə saxlayan və istintaq orqanı isə bu cinayət əməlini araşdırmaması ilə əlaqədardır. Belə ki, 2014-cü il iyun ayının 15-də saat 12:30 radələrində oğlum Rövşənlə mənim AZ 10 FU 044 nömrə nişanlı VAZ 2107 markalı maşınımla qohumumuzun oğlunun toyundan qayıdanda, oğlum dedi ki, arxamızca iki CİP maşını gəlir. Gəlib evə çatdıq. Mən dedim ki, maşının qapılarını bağla, evə gəl. Mən həyətə girdim. Həmin iki CİP maşın oğlumu çağırmış, siqaret istəmiş, Rövşən siqareti verib yolu geri dönmək istəyib. Həmin zaman “Dove Leganze” minik avtomobili ilə oğlumu vurub qaçmışlar. Mən həyətdə gözlədim. Rövşən gəlmədi. Çıxıb yola baxdım, Rövşən qan içində huşsuz vəziyyətdə yıxılıb qalmışdı. Öz maşınımla mən oğlumu Bakı şəhər Travmatologiya Xəstəxanasına çatdırmışam. Cinayət işi üzrə Nərimanov rayonunda Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264 maddələri ilə 140060393 nömrəli cinayət işi başlanmışdır. Cinayət işi Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqinin icraatındadır. Mən dəfələrlə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində olmuşam, oğlumu vuran şəxslərin və avtomobilin tapılmasını tələb etmişəm, lakin müstəntiq cinayətkarı axtardığını bildirdiyini, işin istintaq dayandırdığını, oğlumu vuran avtomaşının tapılması üçün müxtəlif orqanlar göstəriş verdiyini bildirmişdir. Baş vermiş hadisədən 3 ildən çox keçməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Qeyd edim ki, mən və oğlum dəfələrlə cinayəti törədən şəxsin adlarını deməyimizə baxmayaraq, lakin bu vaxta qədər müstəntiq heç bir tədbir görməmişdir. Belə ki, mən o zaman oğlumu avtomobillə vurduran şəxsin Əşrəfov Əli Təbriz oğlu olduğunu bildirməyimə baxmayaraq, istintaq buna əhəmiyyət verməmişdir. Qeyd edim ki, 2014-cü il may ayından Əşrəfov Əli Təbriz oğlu ilə mənim ərazimi zəbt edilməsi ilə əlaqədar Nərimanov rayon Məhkəməsinə iddia qaldırmışam. Həmin iddiadan sonra bu hadisə olmuşdur. Belə ki, 2016-cı ilin oktyabr ayında Əşrəfov Əli obyektdə mənim müəssisəmə məxsus olan kabeli kəsmək istəyərkən mənim və oğlumla onun arasında mübahisə yaranmış və həmin vaxt Əşrəfov Əli oğlumun üstünə hücum çəkmiş və qışqıra-qışqıra fəhlələrin yanında mənim oğlumun üzünə demişdir ki, “sənin atan məni məhkəməyə verdiyinə görə ilkin olaraq səni mən cəzalandırmışam, səni bir dəfə vurdurmuşam ölməmisən, ikinci dəfə öldürtdürəcəm” demişdir . Həmin vaxtı bizim yanımızda Hacıbalayev İmran Qeysər oğlu, Hacıbalayev Orxan İmran oğlu və Babayev Xəqani Nəbi oğlu olmuşdur. Əşrəfov Əli Təbriz oğlunun mənə və oğluma qarşı aqressiv hərəkət etməsinə səbəbi oğlu Əşrəfov Tural Əli oğlunun Milli Təhlükəsizlik Nazirliyində işləməsidir. Baş vermiş hadisə nəticəsində oğlum İsmixanov Rövşən Tofıq oğlu 2-ci qrup əlil olmuşdur. Əşrəfov Əli Təbriz oğlu mənimlə əmlak iddiası zamanı, məni və ailəmi məhv edəcəyini və oğlumu özü vurdurduğunu, arxasında oğlu Əşrəfov Tural Əli oğlu dayandığını, oğlu MTN işçisi olduğunu və ərizəmizi geri götürməsək oğlumu təkrar avtonəqliyyat hadisə törədilməsi ilə öldürtdürəcəyini bildirmişdir. Qeyd edim ki, uzun müddət oğlumu vuran avtomobil kontenerdə saxlanılmış və istintaqdan gizlədilmişdir. Son zamanlar mən Əşrəfov Əlinin müəssisəsinin qabağında 12 metr uzunluğunda qapısı bağlı konteyner saxlanıldığından şübhələnmişəm. Sonradan mənə yaxın yoldaşların vasitəsi ilə həmin konteynerin içində avtomoil saxlandığını öyrənmişəm və bu barədə istintaqa məlumat vermişəm. İstintaq orqan müəssisənin yanında uzun müddət qapısı bağlı saxlanılan konteyneri açdırmış və həqiqətən mənim oğlumu vuran avtomaşının konteynerin içində olması aşkar olmuşdur. Cənab Prokuror Vüqar müəllim! Əşrəfov Əli Təbriz oğlunun təhlükəli hərəkətləri mənim ailəmin normal yaşamasına böyük təhlükə yaradır, Əşrəfov oğlunun Təhlükəsizlik Xidmətində işləməsindən istifadə edərək bizim üstümüzə gəlir, bizi öldürəcəyi ilə təhdid edir, lakin bu barədə istintaq orqanına məlumat verməyimə baxmayaraq heç tədbir görülmür. Hazırda məndə belə fıkir formalaşıb ki, oğluma ağır xəsarət yetirən Əli barədə cinayət işinin açılmasına mane olurlar. Halbuki, Əli Əşrəfov oğluma xəsarət yetirdiyini bildirir. Lakin işi aparan müstəntiq Əşrəfov Əlinin etirafını nəzərə almır və onun məsuliyyətə cələb edilməsini təmin etməyir. Ona görə Sizə müraciət etmək məcburiyyətində qalmışam. Sizdən xahiş edirəm ki, oğlum İsmixanov Rövşən Tofıq oğlunu avtomaşınla vuraraq ağır xəsarət yetirən cinayətkarların tutularaq cəzalandırılması barədə göstəriş verəsiniz. Şahidlər: Hacıbalayev İmran Qeysər oğlu ismaric.az

Hacıbalayev Orxan İmran oğlu

Babayev Xəqani Nəbi oğlu

İmza: T.İsmixanov

Paylaş