Gömrük Risklərinin Təhlili və Audit İdarəsi rəisi, gömrük polkovniki Faiq Seyidov sahibkarlara “Stop” qoymaqda davam edir

FİA.Az mediaya istinadən xəbər verir ki, Çindən “Binə”, “Sədərək” və başqa ticarət mərkəzlərinə gedən karqolar polkovnikin əmri ilə buraxılmır.

Bəzi saytlarda gedən xəbərlərdə bildirilirk i, F.Seyidov prezidentin göstərişlərinə zidd addım ataraq, sahibkarların mallarını qeyri-rəsmi rüsumlar alaraq buraxmaq şərti irəli sürür.

Onların sözlərinə görə, gömrük polkovniki 1 dollar dəyərində olan Çin malları üçün brend markalı məhsulların dəyərində rüsum ödənilməsini tələb edir.

Azərbaycanda fəaliyyət göstərən bütün karqolarda vətəndaşlara məxsus mallara “STOP” əmri verən F.Seyidov seçki ərəfəsində böyük narazılıq yaradır.

KİV-də gedən yazılara görə, Çindən gələn yük Bəndrabasda TIR-lara doldurulur. Yükləri ölkəmizə İran vətəndaşı olan sürücülər gətirməkdədir. Proses bununla bitmir.

Azərbaycana daxil olduqdan sonra karqolarda yükün saxlanılması, yükün məhz TIR-larda olması əlavə xərclər sırasına daxil olur.

Azərbaycan karqolarında günlərdir gözləməsi hər gün azərbaycanlı iş adamlarının yüzminlərlə pul itirməsinə səbəb olur.

FİA.Az media üzərindən yazır ki, bu prosesin illərdir davam etməsi və yüksək dəyərlərin nəzərə alınmaması sahibkar və iş adamlarını Azərbaycana qoyduqları sərmayənin çıxarmasına aparır.

F.Seyidov da invois sənədlərlə razılaşmır və sahibkarları incidir. Məsələn, invois dəyəri 15 min olan yükə 45 min tələb irəli sürülür.

Ona görə də brend mağazalarda 50 azn dəyərində bir neçə corab, 500-800 azn dəyəri olan ayaqqabılar geyinən şəxslər bu gün rüşvətin və büyük narazılığın toxumunu əkməkdədirlər.

Bu faktlar özlüyündə aktual olan gömrük komitəsinin ləğvi və Vergilər Nazirliyinə birləşdirilməsini tezləşdirməyi zəruri edir.

Azərbaycanda ən çox müavini olan məmurlardan biri də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevdir.

Onun düz 5 müavini var. Təbii ki, belə bir qurumda 5 sədr müavininin olması heç də başadüşülən məsələ deyil.

Yəni komitə sədri iki müavinlə də fəaliyyət göstərə bilər. Amma… Komitə rəhbəri ilə müqayisədə onun müavinləri bu yaxınlara kimi kölgədə qalmışdılar.

Onların barəsində mətbuat səhifələrində demək olar ki, heç bir məlumata rast gəlmək olmurdu. Son vaxtlar Aydın Əliyevin müavinləri ilə bağlı bir-birindən ilginc məlumatlar yayılmağa başlayıb.

Məlumatlara görə, tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkan verəcək.

Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir.

Ölkəmizdə vahid dövlət maliyyə siyasəti orqanına ehtiyac var. Fiskal orqanlar bu profil quruma tabe ola və ya olmaya bilər. Amma maliyyə siyasəti ilə profil dövlət strukturu məşğul olmalıdır.

Bizdə bu məsələdə tam pərakəndəlik var. Sonda heç kəs həç nəyə görə məsuliyyət daşımır. Maliyyə Nazirliyi vergi, gömrük və bank sahələri üçün məsuliyyət daşımadığını bəyan edir.

Fiskal orqanları birləşdirməklə iş bitmir, vergi və gömrük xidmətlərini Maliyyə Nazirliyinin tərkibinə daxil etmək lazımdır.

Paylaş