Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu anti-Azərbaycan şəbəkələri maliyyələşdirmiş

FİA.Az-ın məlumatına görə, Məmmədovların süqutundan sonra eks-nazir oğlu hakimiyyətə qarşı projelərdə yer almağa başlayıb.

“Avropa və ABŞ-da yaşayan və özlərini “siyasi mühacir” sayan həmyerlilərimizi eks nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov maliyyələşdirir”.

Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, hesab edib ki, vaxtı ilə hakimiyyətdə təmsil olunan şəxslər və onların övladları bu gün Almaniya və digər Avropa ölkələrində Azərbaycan hakimiyyəti əleyhinə kampaniya aparan insanlara maddi dəstək göstərir:

“Bu insanları ölkə rəhbərliyi və onun ailəsinə qarşı nəlayiq ifadələr səsləndirməsinə məcbur edənlər vaxtı ilə hakimiyyətdə təmsil olunan oliqarxlardır.

Onları maliyyələşdirən şəxslərdən ən birincisi elə Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. O, Avropada şəkil yapışdıranlara külli miqdarda pul paylayır”.

Hafiz Hacıyevin fikrincə, xaricdə Azərbaycan əleyhinə təbliğat aparan qüvvələrin ən çox tənqid etdiyi adamlardan biri də özüdür: 

“Həmin qüvvələr niyə ölkə başçısı və məndən başqa namizədlər haqqında söz demirlər? Burada bəzi qüvvələrin maraqları açıq-aydın hiss olunur!
Həmin insanlar Azərbaycan əleyhinə xidmət aparan eks məmurların və yaxud xarici qüvvələrin sözünü deyir.

Avropada oturub, demokratiyadan danışan insan hansı ağılla başqalarını təhqir edir? Hesab edirəm ki, onlar öncə özlərinə bu sualı verməlidirlər”.

FİA.Az xəbər verir ki, ata Məmmədov oğlunu üçüncü dəfə siyasi arenaya yerləşdirmək üçün plan düşünmüşdü.

Bu dəfə Anar Məmmədov xaricdə, xüsusən də Amerikada siyasi dairələrlə görüşlər keçirərək, Azərbaycanı təbliğ etməliydi.

Nəzərdə tutulan planın ardından oğul Məmmədov ABŞ-da bir sıra görüşlər keçirməyə başladı. Amma Azərbaycanda camaatın dilinə düşmək üçün növbəti səhvini buraxmışıdı.

Bu dəfə onun külli miqdarda pul xərclədiyi ortaya çıxdı. Üstəlik, bu hərəkəti xarici mətbuatın dilindən səsləndi.

Əslində, Ziya Məmmədovun strateji hədəflərindən biri oğlu Anar Məmmədovu siyasətə gətirməklə yanaşı, ABŞ-dakı siyasi dairələrlə də tanış etmək idi. Anar Məmmədovu siyasət meydanına çəkmək istəyi isə heç cür alınmır.

Və hazırda da naz-nemət içində böyümüş oğul Məmmədov problemlər yaratmaqda və bununla da siyasi arenada qalmaq imkanlarından məhrum olmaqdadır.

O, hakimiyyətə qarşı layihələrə pul xərcləməyə qərar verib. Ancaq bu işin yaxşı olmayacağı yaxın keçmişdə yaşananlardan bəllidir. Oğul Məmmədov hələ hakimiyyətə Trampla əlaqələrlə bağlı zərbə vurmağa başlamışdı.

Bir müddət əvvəl ABŞ-dakı nüfuzlu “Mother Jones” jurnalı “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma dərc edərək, onu “öz vəzifəsindən ailəsinin varlanması üçün istifadə etməkdə ittiham olunan Azərbaycan hökumət məmurunun oğlu ilə əməkdaşlıq”da suçlamışdı.

“Mother Jones” yazırdı ki, Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komission qazanıb.

Amma Məmmədovlar ətrafında baş verən son proseslər, A.Məmmədovun 2011-ci ildə yaratdığı və böyük piar kampaniyası apardığı Amerika-Azərbaycan Alyansının bir gecədə müəmmalı şəkildə bağlanması “siyasi xəyanət” iddiasını inandırıcı edir.

Eyni zamanda bu yerdə onu da vurğulamaq lazımdır ki, bu təşkilat vasitəsilə çoxmilyonlu vəsaitlər mənimsəyib və “maliyyə xəyanəti”nə də yol verib.

Korrupsiya.az

Paylaş