Avropadakı “söyüş müxalifəti”nin prezidentin və ailəsinin ünvanına təhqiramiz ifadələr işlətməsinin əsl sifarişçisi üzə çıxdı

FİA.Az-ın verdiyi məlumata görə, Azərbaycan siyasətinin əxlaqsızlıq simvolu olan keçmiş deputat Hüseyn Abdullayev bu şəbəkəyə maliyyə ayırıbmış.

“Quska” o buqələmun siyasət adamıdır ki, vaxtilə müxalifətçiləri öz adamlarına döydürüb. İndisə müxalifətin qəhrəmanına, liderinə çevrilərək iqtidara qarşı iyrənc kampaniyaya start verib.

Məlum olub ki, Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan bir qrup şəxs – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərini dəstəkləyən əsas qüvvə o imiş.

Hüseyn Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirirək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.

Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərindən Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.

Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı “düşmən” obrazı yaradılsın.

Daha sonra “Quska” Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı, Orduxan Teymurxanın dayanmasını istəyib.

Artıq “Quska” ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. O, vəsaitin davamlı olacağını söz verib.

Prezidentin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk hesabından onlara layiqli cavab verib.

Sitat: “Neçə illərdir Avropada yaşayırsınız və yaşadığınız ölkələrdə əxz etməyə çoxsaylı müsbət nümunələr var: vətənpərvərlik nümunəsi, vətəni və xalqı sevmək və təmsil etmək nümunəsi, dinc siyasi mübarizə nümunəsi, həqiqi ictimai fəallıq və s.

Amma siz daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz? – opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək…

Təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar bu gün bizim mili davanın sıra əsgərləri deyil, düşmənlərimizin sırasında və ön cərgəsində dayanıblar.

Onların Azərbaycan dövlətinə qarşı aksiyaları belə sinxrondur – eynilə bu gün ABŞ-da iaşə müxalifəti və separatçı qurumun planlaşdırdığı aksiyalar kimi. Vətənpərvərlik duyğusunu, Vətən əxlaqını itirmək böyük faciədir”.

FİA.Az-ın verdiyi məlumata görə, “Quska”nın məqsədi ölkədə çaxnaşma yaratmaq, təhqirlə, söyüşlə əhalini qıcıqlandırmaqdır.

Seçkiqabağı prezidentə qarşı başladılmış bu kampaniya, böhtan, qaralama siyasəti apreldən sonra dayanacaq.

Avropa və ABŞ-da yaşayan və özlərini “siyasi mühacir” sayan həmyerlilərimizi eks nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov maliyyələşdirir.

Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O, hesab edib ki, vaxtı ilə hakimiyyətdə təmsil olunan şəxslər və onların övladları bu gün Almaniya və digər Avropa ölkələrində Azərbaycan hakimiyyəti əleyhinə kampaniya aparan insanlara maddi dəstək göstərir:

“Bu insanları ölkə rəhbərliyi və onun ailəsinə qarşı nəlayiq ifadələr səsləndirməsinə məcbur edənlər vaxtı ilə hakimiyyətdə təmsil olunan oliqarxlardır.

Onları maliyyələşdirən şəxslərdən ən birincisi elə Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. O, Avropada şəkil yapışdıranlara külli miqdarda pul paylayır”.

Hafiz Hacıyevin fikrincə, xaricdə Azərbaycan əleyhinə təbliğat aparan qüvvələrin ən çox tənqid etdiyi adamlardan biri də özüdür: 

“Həmin qüvvələr niyə ölkə başçısı və məndən başqa namizədlər haqqında söz demirlər?

Burada bəzi qüvvələrin maraqları açıq-aydın hiss olunur! Həmin insanlar Azərbaycan əlehinə xidmət aparan eks məmurların və yaxud xarici qüvvələrin sözünü deyir.

Avropada oturub, demokratiyadan danışan insan hansı ağılla başqalarını təhqir edir? Hesab edirəm ki, onlar öncə özlərinə bu sualı verməlidirlər”.

O dövrlərdə “Quska”nın etdiyi bədnam hərəkətlər təkcə bunlarla məhdudlaşmır. Tənqidçi jurnalistin oğurlanıb şəhər kənarında amansızcasına döyülməsi faktının müəllifi də odur.

Amma 2000-ci ilin noyabrında bir qrup idmançının müxalifətin mitinqində hücum edərək bəzi liderlərə xəsarət yetirməsi, fəalları döyməsi hadisəsini Hüseyn Abdullayevin təşkil etməsi elə həmin gün hər kəsə bəlli oldu.

Hər kəsə məlumdur ki, Hüseyn Abdullayevin özünün qanunsuz dəstəsi var idi. Yaxın ətrafının məlumatına görə, 300 nəfərdən ibarət dəstə saxlayırdı, guya mitinqləri dağıdırdılar.

Əslində isə qanunsuz işlər görürdülər, adam döyürdülər, “Razborka”lara gedirdilər, kommersantları döyüb pullarını alırdılar.

Elə «Quska” ləqəbini də həmin dövrdə götürüb. Yəni, indi car çəkib qanundan, haqdan, ədalətdən danışan Hüseyn Abdullayev vaxtiylə ən böyük cinayət əməllərinin başında dayanırdı.

Onun xarakterində də ciddi problemlərin olduğu hər kəsə bəlli idi. Hətta yaxın ətrafı, dostluq elədiyi şəxslər də bunu etiraf edirlər.

Bir müddət öncə həbsdən çıxan keçmiş polis rəisi, Hüseyn Abdullayevin dostu olan Müşfiq Mədətov onunla bağlı ilginc məlumatları ictimaiyyətə çatdırıb.

Onun sözlərinə görə, H.Abdullayevin ən əsas özəlliklərindən biri satqınlıq olub: «Mən o vaxt Rza İbadovu döyəndən sonra o, Hüseyn Abdullayevlə gedib indiki prezidentimizin qəbuluna girmişdi.

Onlar İlham Əliyevə deyiblər ki, Müşfiq Mədətov Rəsul Quliyevin tərəfdarıdır, rəsulçudur, sizə qarşıdır, daha nələr. Yəni dalımca danışmışdılar.

Allah sonda kimin kim olduğunu göstərdi. Sonradan hər ikisi – həm Rza İbadov, həm də Hüseyn Abdullayev dövləti satdılar. İndi ikisi də gedib Rəsul Quliyevlə oturub-dururlar.

Bu dövlətdən pul qazanan “Quska”, yəni Hüseyn Abdullayev deputat olmuşdu. “Quska”nı deputatlıq mərtəbəsinə gətirən adamı da sonralar sıxışdırırdılar ki, sən bunu gətirib bizə problem elədin.

Mən həbsdə olanda “Quska” yanıma gəlib dedi ki, Müşfiq, sən gəl mənimlə düşmənçilik eləmə, Rza səndən gedib prezidentə nələr deyibsə, hamısını yazmışam diskə.

“Quska”ya dedim ki, bunu ikinizin də etdiyini bilirəm, amma indi çətinə düşən kimi gəlib Rzanı satırsan. Onlar o qədər adama pislik etdilər ki…
Axırda nə oldu? Rzanın taleyi dağıldı, özü didərgin düşdü. Onlara qarşı həmişə yaxşı olmuşam. Kişi kimi arxalarında durmuşam”.

Keçmiş polis rəisi Hüseyn Abdullayevin həbsxanada hansı vəziyyətə düşməsi ilə bağlı dedikləri isə daha biabırçıdır.

Bu gün var-gəl edən, özünü qəhrəman kimi cəmiyyətə sırımağa çalışan Hüseyn Abdullayev həbsxanada çətinə düşən kimi ağlayırmış.

Paylaş