“Lider” firması donuz salosunu xalqa mal əti adı ilə yedizdirir. Bu, misli görünməmiş fırıldaqdır

FİA.Az-ın media üzərindən xəbərinə görə, paytaxt marketlərinin birində hisə verilmiş salo alan istehlakçı onun fotolarını yayıb.

“Lider” firmasına məxsus məhsulu açarkın bərbad görüntüsünün şahidi olub. Bu haqda azeuronews.com ilk məlumatı yayıb.

İstehlakçı bildirib ki, vaxtaşırı salo alır və əsasən Ukrayna, Belarus mağazalarına üstünlük verir.

Ancaq bu dəfə evin yaxınlığındakı marketdə gördüyü “Lider”in salosunun tamını yoxlamağa qərar verib.

Evə gətirəndə isə salonun yeyilməz bir vəziyyətdə olduğunu görüb zibil qutusuna atmalı olub.

Məhsulun üzərində isə mal əti, duz və ədviyyatlardan istifadə edildiyi yazılıb. Göründüyü kimi, həm müştərilər aldadılıb, həm keyfiyyətsiz məhsul istehsal olunub.

“Lider” şirkətinin xalqa qarşı bu fırıldağı inanılmazdır. Salo donuzdan olur. Amma camaata mal əti kimi sırınır. İnsanları aldatmaq cinayətdir, günahdır.

FİA.Az xəbər verir ki, bundan əvvəl “Lider”in kolbasa məhsullarının tərkibinə xərçəng xəsətliyi yaradan nitrit maddəsi qatıldığı barədə iddialar mətbuatda yayılmışdı.

Mediada gedən yazılarda deyilirdi ki, natrium nitrit NaNO2 (E250) kolbasanın saxlanma müddətini artırmaq, qızardıcı rəng vermək məqsədi daşıyır.

Bu maddə bir çox hallarda onkoloji xəstəliklərə yol açır, zəhərlənməyə, hətta ölümə gətirib çıxarır.

Xüsusilə, azyaşlı üşaqlar üçün tərkibində natrium nitrit olan qidaları qəbul etmək təhlükəlidir. NaNO2 (E250) onlarda sinir xəstəlikləri yaradır.

Mütəxəssislər bildirir ki, “E250” 100 kiloqram məhsula 7 qram qarışdırılmalıdır. Konservant normanı keçdikdə orqanizmdə konsentrasiya çoxalır, zəhərləyici təsir göstərir.

Məşhur istehsalçı – “Lider”-in “Halal” kolbasaları ilə bağlı mətbuatda gedən yazılarda bildirilir ki, müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi heç də standartlara uyğun deyil.

ASC fəaliyyətə başladığı 1996-cı ildən bu tərəfə məhsul assortimentini 120-yə çatdırsa da, bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib.

Misal üçün, şirkətin rəsmi internet səhifəsində qeyd edilib ki, müəssisədə İSO 9001 keyfiyyətli idarəetmə sistemi tətbiq olunub və sertifikatlaşdırılıb.

O da əlavə edilib ki, istehsal prosesində xarici ölkələrdə istehsal edilən yüksək texnologiyalı avadanlıqlardan istifadə olunur.

Maraqlıdır ki, özü ilə bağlı hər detalı önə çəkən ASC sözügedən yüksək texnalogiyalı avadanlıqların adlarını, hansı şirkətlərə məxsus olduqlarını açıqlamayıb.

Bundan əlavə şirkətin ayrı-ayrı məhsulları üzrə Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzindən Gigiyenik sertifikatı olsa da, kolbasa və delikateslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur.

Ətin, inqredientlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil. Eləcə də xammalın saxlanma şəraitinə dair bilgi yoxdur.

Paylaş