Redaksiyamıza daxil olmuş şikayətə əsasən Azərbaycan Dəmir Yolunda qanunsuz olaraq dövlət büdcəsindən pulların çıxarılması qeyd olunur. Bununla bağlı hüquq müəyyənedici sənədlər vardır.
Belə ki, vətəndaş redaksiyamıza rəsmi müraciət edərək, onun ADY ASC-də Daşburun stansiyasında adını işə yazaraq bir neçə illər onun adından istifadə edərək nəticədə dövlət büdcəsindən maliyyə vasaitini çıxarmışlar. Lakin, həmin vətəndaş dediyinə görə ümumiyyətlə bunlardan xəbəri olmayıb və belə bir sahədə hansısa vəzifəni heç vaxt icra etməmişdir.Vətəndaş redaksiyamıza rəsmi müraciət edərək onun ümumiyyətlə ADY ASC-də işləyib-işləməməyini yoxlanmasında köməklik göstərilməsini xahiş etmişdir. Təbii ki, bizim tərəfimizdən dövlət büdcəsindən əsassız maliyyə vəsaitin çıxarılması ilə əlaqədar ciddi bir məsələyə diqqətsiz yanaşa bilməzdik.
Şikayət edən vətəndaş, onun adını kimin tərəfindən işçi qismində rəsmiləşdirdiyini və onun adına verilən plastic kart vasitəsi ilə məhz kimlər pulların çıxararaq dövlət əmlakını əldə edən şəxslərin şəxsiyyətini müəyyən edilərək dövlətimizin qanunla əsasən məsuliyyətə cəlb olunmasını, qanunsuz əldə edilən bütün pulların geri dövlət büdcəsinə qaytarılmasını, qeydə alınmış bu işdə əmək stajının ləğv edilməsini aidiyyati dövlət orqanlardan xahiş edir. Məsələ ilə əlaqədar vətəndaş tərəfindən Azərbaycan Respublkası Baş Pokurorluğuna və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və eləcə də ölkə başçısı İlham Əliyev cənablarına rəsmi müraciət edilmişdir. Şikayətçi bildirmişdir ki, “biz surətlə inkişaf edən hüquqi bir ölkədə yaşayırıq və bu gün bankomatlarda quraşdırılmış video kameraların görüntülərilə həmin şəxsi və ya şəxsləri müəyyən edilməsi dövlət orqanlara asan olacaqdır. Dövlətin əmlakını heç kim talan edə bilməz! Həmin qanunsuz çıxarılan pullar dəqiq hesablanıb Ulu öndərimiz Heydər Əliyevin əziyyətlə qoruyub saxladığı müstəqil dövlətimizin büdcəsinə tezliklə qaytarılmalıdır və təqsirkar məsul şəxslər qanunla cəzasını almalıdırlar”.
Ümummilli liderimiz Heydər Əliyevin ölkənin inkişafına verdiyi önəmli diqqətdən Azərbaycan Dəmir Yolu da kənarda qalmamışdır. Ulu öndər keçən əsrin 80-cı illərinin əvvəllərində istər Azərbaycan Respublikasına, istərsə də Sovetlər İttifaqında hökumətə rəhbərlik etdiyi dövrdə də, ümumilikdə, Sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. Bu gündə Ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir.
Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərmişdir. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz
«Bakı-Tbilisi-Qars» və «Şimal-Cənub» beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi iinkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.
Təbii ki, bu sahədə belə bir ciddi nöksanların üzə çıxması gözlənilməz və eyni zamanda arzu olunmaz bir haldır.
İnanırıq ki, aidiyyati bütün dövlət arqanları və qurumlar tərəfindən bu məsələni araşdıraraq təqsirkar məsul şəxsləri ifşa edərək barələrində qanunla müvafiq ciddi ölçü görüləcəkdir.bakunews.az

Paylaş